https://sputnik.az/20230503/avropa-bankindan-saxta-senedlerle-kredit-goturen-vezifeli-sexslere-cinayet-isi-baslanilib-454438285.html
Avropa bankından saxta sənədlərlə kredit götürən vəzifəli şəxslərə cinayət işi başlanılıb
Avropa bankından saxta sənədlərlə kredit götürən vəzifəli şəxslərə cinayət işi başlanılıb
Sputnik Azərbaycan
Bəzi MMC-lərin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat... 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T14:49+0400
2023-05-03T14:49+0400
2023-05-03T14:49+0400
saxta
cəmiyyət
bank
kredit
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_0:311:3089:2048_1920x0_80_0_0_2df5d92bfcedb83d587dccc03ffb42ca.jpg
BAKI, 3 may — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Aparılmış zamanı "H AND M AGRO" MMC, "GEMZA GROUP" MMC və "PKF Audit Azerbaijan" MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin başlanaraq ibtidai istintaqı aparılır. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_160:0:2891:2048_1920x0_80_0_0_a6913b44e30383c309fd1699272d2f19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
saxta, bank, kredit
Avropa bankından saxta sənədlərlə kredit götürən vəzifəli şəxslərə cinayət işi başlanılıb
Bəzi MMC-lərin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 3 may — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Aparılmış zamanı "H AND M AGRO" MMC, "GEMZA GROUP" MMC və "PKF Audit Azerbaijan" MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin başlanaraq ibtidai istintaqı aparılır.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.