https://sputnik.az/20230502/sumqayitda-mesq-zamani-agir-xesaretler-alan-usagin-olum-sebebi-aciqlanib-454404536.html
Sumqayıtda məşq zamanı ağır xəsarətlər alan uşağın ölüm səbəbi açıqlanıb
Sumqayıtda məşq zamanı ağır xəsarətlər alan uşağın ölüm səbəbi açıqlanıb
Sputnik Azərbaycan
Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T16:10+0400
2023-05-02T16:10+0400
2023-05-02T16:38+0400
uşaq
hadisə
ölüm
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_0:321:3071:2048_1920x0_80_0_0_6f6e6c176baf5009e0cdca8bbebb6464.jpg
BAKI, 2 may — Sputnik. Sumqayıt Tibb Mərkəzi məşq zamanı ölən uşaqla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, 2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib. Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb. Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub. Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib. Xatırladaq ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən onun boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb. Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hazırda idman zalında çəkilmiş digər görüntülər araşdırılır. Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
https://sputnik.az/20230502/usagin-olumunde-ittiham-olunan-mesqcinin-baresinde-hebs-qetimkan-tedbiri-secilib-454402952.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/01/427100423_340:0:3071:2048_1920x0_80_0_0_ee5e7b82fb828d8a4fe711305c9ae117.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, ölüm, sumqayıt
Sumqayıtda məşq zamanı ağır xəsarətlər alan uşağın ölüm səbəbi açıqlanıb
16:10 02.05.2023 (Yenilənib: 16:38 02.05.2023) Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub
BAKI, 2 may — Sputnik. Sumqayıt Tibb Mərkəzi məşq zamanı ölən uşaqla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, 2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib. Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb.
Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub.
Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib.
Xatırladaq ki, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. Belə ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başının bədəninin altında qalması səbəbindən onun boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər araşdırılır.
Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.