https://sputnik.az/20230502/randan-azerbaycana-silah-kecirilmesinin-qarsisi-alinib-454410925.html
İrandan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb
Sputnik Azərbaycan
Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T18:26+0400
2023-05-02T18:26+0400
2023-05-02T19:09+0400
iran
cəmiyyət
gömrük
patron
post
ədliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013135_0:160:3072:1888_1920x0_80_0_0_90c0c8ec7d2ce0a6a42abda62eb7a7fe.jpg
BAKI, 2 may — Sputnik. Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 millimetr kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013135_171:0:2902:2048_1920x0_80_0_0_da8809366e72a96d16deab2e86fe7f5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, gömrük, patron, post, ədliyyə nazirliyi
iran, gömrük, patron, post, ədliyyə nazirliyi
İrandan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb
18:26 02.05.2023 (Yenilənib: 19:09 02.05.2023) Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb
BAKI, 2 may — Sputnik. Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
"Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 millimetr kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdır.