https://sputnik.az/20230502/peskov-qarabag-uzre-veziyyetin-helli-ucun-bundan-basqa-huquqi-esas-yoxdur-454404697.html
Peskov: Qarabağ üzrə vəziyyətin həlli üçün bundan başqa hüquqi əsas yoxdur
Peskov: Qarabağ üzrə vəziyyətin həlli üçün bundan başqa hüquqi əsas yoxdur
Sputnik Azərbaycan
Rusiya Prezidentinin sözçüsü bildirib ki, bu baza üzərində nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlana bilər. 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T17:24+0400
2023-05-02T17:24+0400
2023-05-02T17:25+0400
peskov
siyasət
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_0:0:3072:1728_1920x0_80_0_0_a7743b21c1e3df9fb7c4f2be0622efce.jpg
BAKI, 2 may — Sputnik. Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağ üzrə vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. "İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa heç bir hüquqi əsas yoxdur", - deyə Peskov bildirib. O qeyd edib ki, indiyədək bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur. "Əlbəttə, bu baza üzərində nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlana bilər, lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər var. Bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər", - Peskov əlavə edib. Bundan əvvəl Ermənistan, ABŞ və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri Vaşinqtonda Cənubi Qafqazda təhlükəsizlik məsələlərini və İrəvanla Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444219_171:0:2902:2048_1920x0_80_0_0_51917d415c1c870fb78c87edfb7d8324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, qarabağ
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, qarabağ
Peskov: Qarabağ üzrə vəziyyətin həlli üçün bundan başqa hüquqi əsas yoxdur
17:24 02.05.2023 (Yenilənib: 17:25 02.05.2023) Rusiya Prezidentinin sözçüsü bildirib ki, bu baza üzərində nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlana bilər.
BAKI, 2 may — Sputnik. Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağ üzrə vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa heç bir hüquqi əsas yoxdur", - deyə Peskov bildirib.
O qeyd edib ki, indiyədək bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur.
"Əlbəttə, bu baza üzərində nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlana bilər, lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər var. Bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər", - Peskov əlavə edib.
Bundan əvvəl Ermənistan, ABŞ və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri Vaşinqtonda Cənubi Qafqazda təhlükəsizlik məsələlərini və İrəvanla Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə ediblər.