https://sputnik.az/20230502/narkotikin-tesiri-altinda-avtomobil-idare-eden-surucu-saxlanilib-454389209.html
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Sputnik Azərbaycan
Yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "Saxla"... 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T12:20+0400
2023-05-02T12:20+0400
2023-05-02T12:48+0400
narkotik
cəmiyyət
sürücü
avtomobil
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 2 may — Sputnik. Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Qeyd edilib ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "Saxla" işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ramiq Musayevin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Musayevin marixuana istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və o, 500 manat məbləğində cərimə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, sürücü, avtomobil
narkotik, sürücü, avtomobil
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
12:20 02.05.2023 (Yenilənib: 12:48 02.05.2023) Yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "Saxla" işarəsi verilib
BAKI, 2 may — Sputnik. Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd edilib ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "Saxla" işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ramiq Musayevin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Musayevin marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və o, 500 manat məbləğində cərimə olunub.