Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Milli Məclisdə Sumqayıtda məşqdə azyaşlının ölümü məsələsi müzakirə edilib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Deputat bildirib ki, idman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır.
BAKI, 2 may - Sputnik. "Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır".
Bunu deputat Kamal Cəfərov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır: “Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz, mütləq 102-yə zəng edərək polisə məlumat verin”.
Sumqayıtda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb
Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Xəbər lenti
0