CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məşədi Dadaş" məscidinin yeni imamı var

© Sputnik / Murad OrujovNamaz
Namaz - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Mübariz Qurbanlı "Məşədi Dadaş" icmasının məsciddən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib
BAKI, 2 may — Sputnik. Əli Şərbətov "Məşədi Dadaş" məscidinə imam təyin edilib. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Sədr məscidə yeni təyinatların olacağını da deyib. Bundan başqa, sədr bildirib ki, oraya yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək.
Mübariz Qurbanlı yeni imamın məsciddə bu gün təqdim olunacağını vurğulayıb.
Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məşədi Dadaş icmasının məsciddən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sosial şəbəkələrdə gedən məlumatların yanlış olduğunu qeyd edib.
Sədr vurğulayıb ki, hazırda icmanın sədri və üzvlər məsciddədir: "İcma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq. Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olan adamlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.
Xəbər lenti
0