https://sputnik.az/20230502/iii-karlin-tacqoyma-merasiminde-onun-seleflerinin-kreslolarindan-istifade-olunacaq-454370619.html
III Karlın tacqoyma mərasimində onun sələflərinin kreslolarından istifadə olunacaq
III Karlın tacqoyma mərasimində onun sələflərinin kreslolarından istifadə olunacaq
Sputnik Azərbaycan
Mayın 6-da keçiriləcək mərasim zamanı kral və kraliça onların arasında hərəkət edəcəklər. 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T08:34+0400
2023-05-02T08:34+0400
2023-05-02T08:34+0400
kral
dünya xəbərləri
britaniya
tac
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1b/446781660_0:161:3071:1888_1920x0_80_0_0_616c4a472aadb07950ac71481b698637.jpg
BAKI, 2 may — Sputnik. Böyük Britaniya kralı III Karl və kraliça-konsort Kamilla tacqoyma mərasimləri zamanı ehtiyatlardan davamlı istifadəni təşviq etmək 1953 və 1937-ci illərdəki mərasimlərdə istifadə edilən kürsülərdən istifadə edəcəklər. Bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat dərc edib. Qəzetin yazdığına görə, ənənəvi olaraq tacqoyma xidmətinin müxtəlif hissələri üçün bir neçə kürsü istifadə olunur və mayın 6-da keçiriləcək mərasim zamanı kral və kraliça onların arasında hərəkət edəcəklər. "1953-cü ildə mərhum monarxın - kral Eduardın tacqoyma mərasimində ilk olaraq kraliça Elizabet və Edinburq hersoqu üçün hazırlanmış kürsülər Vestminster abbatlığında iki saatlıq xidmətin böyük hissəsində, həmçinin kraliçanın tacqoyma mərasimi zamanı istifadə ediləcək. Tacqoyma kürsüləri dini ayinin icrası və tacqoyma üçün, taxt kürsüləri isə taxta çıxmaq üçün istifadə ediləcək", - deyə "Teleqraph" qeyd edib. Qəzetin yazdığına görə, kral III Karlın və eyni zamanda hələ 1937-ci ildə babası kral VI Georqun istifadə etdiyi taxt kürsüsü yenidən üzlənib, lakin ön və arxa tərəfində "orijinal naxışlı gerblər" qorunub saxlanılıb. Qalan kürsülər də yenidən üzləniblər və onların söykənəcəklərində Çarlz və Kamillanın gerbləri işlənib. Xatırladaq ki, 70 ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. O, dünyasını dəyişdikdən sonra oğlu - Şahzadə Çarlz, III Karl adını götürərək kral olub, onun həyat yoldaşı Kamilla isə kraliça-konsort statusunu alıb. Kral cütlüyünün tacqoyma mərasimi mayın 6-na təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1b/446781660_170:0:2901:2048_1920x0_80_0_0_581a0ea16971b4dc68515dce68b77244.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
kral, britaniya, tac
III Karlın tacqoyma mərasimində onun sələflərinin kreslolarından istifadə olunacaq
Mayın 6-da keçiriləcək mərasim zamanı kral və kraliça onların arasında hərəkət edəcəklər.
BAKI, 2 may — Sputnik. Böyük Britaniya kralı III Karl və kraliça-konsort Kamilla tacqoyma mərasimləri zamanı ehtiyatlardan davamlı istifadəni təşviq etmək 1953 və 1937-ci illərdəki mərasimlərdə istifadə edilən kürsülərdən istifadə edəcəklər.
Bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat dərc edib.
Qəzetin yazdığına görə, ənənəvi olaraq tacqoyma xidmətinin müxtəlif hissələri üçün bir neçə kürsü istifadə olunur və mayın 6-da keçiriləcək mərasim zamanı kral və kraliça onların arasında hərəkət edəcəklər.
"1953-cü ildə mərhum monarxın - kral Eduardın tacqoyma mərasimində ilk olaraq kraliça Elizabet və Edinburq hersoqu üçün hazırlanmış kürsülər Vestminster abbatlığında iki saatlıq xidmətin böyük hissəsində, həmçinin kraliçanın tacqoyma mərasimi zamanı istifadə ediləcək. Tacqoyma kürsüləri dini ayinin icrası və tacqoyma üçün, taxt kürsüləri isə taxta çıxmaq üçün istifadə ediləcək", - deyə "Teleqraph" qeyd edib.
Qəzetin yazdığına görə, kral III Karlın və eyni zamanda hələ 1937-ci ildə babası kral VI Georqun istifadə etdiyi taxt kürsüsü yenidən üzlənib, lakin ön və arxa tərəfində "orijinal naxışlı gerblər" qorunub saxlanılıb. Qalan kürsülər də yenidən üzləniblər və onların söykənəcəklərində Çarlz və Kamillanın gerbləri işlənib.
Xatırladaq ki, 70 ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. O, dünyasını dəyişdikdən sonra oğlu - Şahzadə Çarlz, III Karl adını götürərək kral olub, onun həyat yoldaşı Kamilla isə kraliça-konsort statusunu alıb. Kral cütlüyünün tacqoyma mərasimi mayın 6-na təyin edilib.