https://sputnik.az/20230502/deputat-lenkeranin-sutemurdov-kendinden-kecen-yol-stalinqrad-doyusunu-xatirladir-454389336.html
Deputat: Lənkəranın Sütəmurdov kəndindən keçən yol Stalinqrad döyüşünü xatırladır
Deputat: Lənkəranın Sütəmurdov kəndindən keçən yol Stalinqrad döyüşünü xatırladır
Sputnik Azərbaycan
Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur. Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola... 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T13:41+0400
2023-05-02T13:41+0400
2023-05-02T14:05+0400
milli məclis
cəmiyyət
deputat
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451251278_482:0:4123:2048_1920x0_80_0_0_18baa7d7c812e603760efc34fcf26b9b.jpg
BAKI, 2 may - Sputnik. “Bu gün fəxr edirik ki, Azərbaycanda böyük işlər görülür. Azərbaycanın avtomobil yolları da dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır”. Bunu bu gün Milli Məclisin plenar iclasında deputat Rüfət Quliyev bildirib. Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur: “Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl də orada iki uşağı avtomobil vurub, reanimasiyadadır. Radar olmasa, insanların yenə qəzaya düşməsi davam edəcək. Bu gün yəqin ki, daxili işlər nazirinə də məktub yazacam ki, o yola radar qoyulsun, insanların canı qurtarsın”. Deputat mənzil tikintisi zamanı fırıldaqla məşğul olan şirkətlər barədə də danışıb: “Onlardan biri "Bakı İnşaat" MMC-dir. İnsanların pullarını alıblar, 4-5 aydır, mənzillərin təhvil verilməsini gecikdirirlər. Bu şirkətin rəhbəri Zahir Əsgərovdur. Mənim köməkçim onunla əlaqə saxlamaq istəyir, yayınır. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”. “Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”, - deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451251278_937:0:3668:2048_1920x0_80_0_0_11fa09af2f945d47b205610dcbfae37c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, deputat
Deputat: Lənkəranın Sütəmurdov kəndindən keçən yol Stalinqrad döyüşünü xatırladır
13:41 02.05.2023 (Yenilənib: 14:05 02.05.2023) Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur. Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur.
BAKI, 2 may - Sputnik. “Bu gün fəxr edirik ki, Azərbaycanda böyük işlər görülür. Azərbaycanın avtomobil yolları da dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır”.
Bunu bu gün Milli Məclisin plenar iclasında deputat Rüfət Quliyev bildirib.
Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur: “Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl də orada iki uşağı avtomobil vurub, reanimasiyadadır. Radar olmasa, insanların yenə qəzaya düşməsi davam edəcək. Bu gün yəqin ki, daxili işlər nazirinə də məktub yazacam ki, o yola radar qoyulsun, insanların canı qurtarsın”.
Deputat mənzil tikintisi zamanı fırıldaqla məşğul olan şirkətlər barədə də danışıb: “Onlardan biri "Bakı İnşaat" MMC-dir. İnsanların pullarını alıblar, 4-5 aydır, mənzillərin təhvil verilməsini gecikdirirlər. Bu şirkətin rəhbəri Zahir Əsgərovdur. Mənim köməkçim onunla əlaqə saxlamaq istəyir, yayınır. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.
“Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”, - deyə o əlavə edib.