https://sputnik.az/20230502/deputat-beynelxalq-instansiyalar-ermenistana-ciddi-tezyiq-gostermelidir-454398112.html
Deputat: Beynəlxalq instansiyalar Ermənistana ciddi təzyiq göstərməlidir
Deputat: Beynəlxalq instansiyalar Ermənistana ciddi təzyiq göstərməlidir
Sputnik Azərbaycan
Deputat deyib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıqlarını ifadə... 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T14:55+0400
2023-05-02T14:55+0400
2023-05-02T15:49+0400
talış
siyasət
deputat
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449158127_0:0:1280:721_1920x0_80_0_0_b809c5225e4602b46b0502830ba15438.jpg
BAKI, 2 may - Sputnik. "Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirməkdədir. Ötən əsrin 90-cı illərindən bu günə qədər 3300 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub. Təkcə son bir həftə ərzində 4 vətəndaşımız mina partlaması nəticəsində həlak olub". Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentin mayın 2-də keçirilən iclasında bildirib. Deputat deyib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıqlarını ifadə etsələr də, bunun Ermənistan tərəfindən törədildiyini səsləndirmirlər. Bu da Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsini şərtləndirir. “Ermənistan beynəlxalq hüququn normalarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozmağa davam edir. Beynəlxalq instansiyalar isə susmağa üstünlük verir. Bunun nəticəsində beynəlxalq mina təhlükəsizliyinin təmin olunması imkanları ciddi şəkildə məhdudlaşır. Ona görə də Ermənistana ciddi təzyiqlər göstərilməlidir”, - deyə Elşad Mirbəşiroğlu qeyd edib. Cocuq Mərcanlıda çoban minaya düşərək həlak olub Xatırladaq ki, Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb. Bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda deyilib. Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449158127_0:0:1280:961_1920x0_80_0_0_0e9f5ab46ab7b6ca0837793881ea3864.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
talış, deputat, ermənistan
talış, deputat, ermənistan
Deputat: Beynəlxalq instansiyalar Ermənistana ciddi təzyiq göstərməlidir
14:55 02.05.2023 (Yenilənib: 15:49 02.05.2023) Deputat deyib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıqlarını ifadə etsələr də, bunun Ermənistan tərəfindən törədildiyini səsləndirmirlər.
BAKI, 2 may - Sputnik. "Ermənistan ölkəmizə qarşı mina terrorunu sistemli şəkildə davam etdirməkdədir. Ötən əsrin 90-cı illərindən bu günə qədər 3300 vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı olub. Təkcə son bir həftə ərzində 4 vətəndaşımız mina partlaması nəticəsində həlak olub".
Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentin mayın 2-də keçirilən iclasında bildirib.
Deputat deyib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri mina partlaması nəticəsində həlak olanlarla bağlı narahatlıqlarını ifadə etsələr də, bunun Ermənistan tərəfindən törədildiyini səsləndirmirlər. Bu da Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsini şərtləndirir.
“Ermənistan beynəlxalq hüququn normalarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozmağa davam edir. Beynəlxalq instansiyalar isə susmağa üstünlük verir. Bunun nəticəsində beynəlxalq mina təhlükəsizliyinin təmin olunması imkanları ciddi şəkildə məhdudlaşır. Ona görə də Ermənistana ciddi təzyiqlər göstərilməlidir”, - deyə Elşad Mirbəşiroğlu qeyd edib.
Cocuq Mərcanlıda çoban minaya düşərək həlak olub
Xatırladaq ki, Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda deyilib.
Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.