DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bütün tərəflərin iştirakı ilə taxıl müqaviləsi üzrə danışıqlar mayın 3-də keçiriləcək

© AP Photo / Luca Brunotaxıl
taxıl  - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Kreml hesab edir ki, Rusiyaya verilən vədlər yerinə yetirilmədiyi üçün onun uzadılması perspektivləri "çox da yaxşı deyil".
BAKI, 2 may — Sputnik. Bütün tərəflərin iştirakı ilə taxıl müqaviləsi üzrə danışıqlar mayın 3-nə planlaşdırılıb.
Bu barədə "Reuters" xəbər verir.
"Bütün tərəflərin iştirak edəcəyi danışıqlar sabaha planlaşdırılıb. Ümid edirəm ki, nəticələr olacaq", - deyə yüksək rütbəli Ukrayna rəsmisi agentliyə bildirib.
Xatırladaq ki, taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatır. Kreml hesab edir ki, Rusiyaya verilən vədlər yerinə yetirilmədiyi üçün onun uzadılması perspektivləri "çox da yaxşı deyil".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl müqaviləsinin ikinci hissəsinin yerinə yetirilməsi üçün demək olar ki, heç nə edilmədiyini vurğulayıb. Bu halda söhbət Rusiya gübrələrinin və taxılının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından gedir.
Türkiyənin müdafiə naziri Hulusi Akar isə sövdələşmənin uzadılacağına ümid edir. Onun fikrincə, bu, həm Rusiya Federasiyası, həm də Ukrayna üçün faydalıdır.
Xəbər lenti
0