CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəxslər icbari narkoloji müayinədən keçiriləcək

© AFP 2024 / HOANG DINH NAMNarkoman
Narkoman - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Dəyişikliklərə görə, həqiqi hərbi xidmət hərbi qulluqçuları ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
BAKI, 2 may — Sputnik. Həqiqi hərbi xidmət hərbi qulluqçuları ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin qərarı ilə Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Qeyd edək ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində və "Hərbi qulluqçuların statusu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə" qanun layihəsində dəyişikliklər, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.
Xəbər lenti
0