https://sputnik.az/20230502/anama-sedri-mina-tehlukesi-ile-bagli-vetendaslara-cagiris-edib-454408114.html
ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib
ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib
Sputnik Azərbaycan
ANAMA İdarə Heyətinin sədri bildirib ki, keçirilən maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq... 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T18:48+0400
2023-05-02T18:48+0400
2023-05-02T19:10+0400
anama
cəmiyyət
mina
təhlükə
vətəndaş
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438622833_0:32:1280:752_1920x0_80_0_0_850224eeed73413beae70e601ffc8ad1.jpg
BAKI, 2 may — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. O, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib. ANAMA İdarə Heyətinin sədri qeyd edib ki, ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirilən maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar: "Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər". Vüqar Süleymanov əlavə edir ki, son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib. V.Süleymanov əlavə edib ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438622833_2:0:1278:957_1920x0_80_0_0_805e2f1381997f8feade41f59a11e15c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anama, mina, təhlükə, vətəndaş
anama, mina, təhlükə, vətəndaş
ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib
18:48 02.05.2023 (Yenilənib: 19:10 02.05.2023) ANAMA İdarə Heyətinin sədri bildirib ki, keçirilən maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar
BAKI, 2 may — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. O, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib.
ANAMA İdarə Heyətinin sədri qeyd edib ki, ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirilən maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar: "Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər".
Vüqar Süleymanov əlavə edir ki, son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün təlim keçmiş daha 5 it gətirilib. V.Süleymanov əlavə edib ki, 2021-ci ildə ABŞ-ın Marşal İrsi İnstitutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur.