Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Elm və Təhsil Nazirliyindən məktəbin idman zalında ölən uşaqla bağlı açıqlama

© Sputnik / Сергей МамонтовMehman Xəlilov
Mehman Xəlilov - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Nazirlik bildirib ki, məşqçi M.Xəlilov 7 yaşlı Fərid Bakarovu azyaşlı olduğu üçün qeydiyyatdankənar məşqə cəlb edib.
BAKI, 2 may — Sputnik. Elm və Təhsil Nazirliyi Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilovun kobud davranış nəticəsində ölməsi ilə bağlı məsələyə münasibət bildirib.
Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib ki, məşqçi M.Xəlilov 7 yaşlı Fərid Bakarovu qeydiyyatdankənar məşqə cəlb edib: "Aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdankənar məşqə cəlb edilib. Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb.
Məlumat üçün bildirək ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumtəhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqçisi kimi fəaliyyətinə imkan yaradılıb".
"Dünən, 29.04.2023-cü il tarixdə axşam təxminən saat 5 radələrində "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimi Xəlilov Mehman Mehran oğlu Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin idman zalında sambo idman növü üzrə məşq keçən zaman 14.02.2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu xəsarət alaraq dünyasını dəyişmişdir. Qeyd edək ki, F.Bakarov məktəbli deyil.
Müəllim M.Xəlilov isə həmin məktəbin müəllimi deyil. 2022-ci ilin oktyabrından Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovun rəsmi məktubu əsasında ümumtəhsil müəssisələrində dərsdənkənar vaxtlarda məktəbdən kənar müəssisələrin fəaliyyətinə köməklik göstərilmısi ilə bağlı məktub daxil olmuşdur. Bu məktubun və "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Fuad Aslanovun İmzası ilə 19 nömrəli məktəbə göndərilən məktub əsadında məktəbin 2-ci növbə dərsləri bitdikdən sonra həmin məktəbdə məşqlər təşkil olunmadı ilə bağlı göndərilən məktub əsasında həmin müəllim
18 nömrəli məktəbdə məşq keçmişdir. Qeyd olunan hadisəyə qədər belə bir hadisə və ya onunla bağlı hər hansı şikayət baş verməmişdir".
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə belə deyilir.
Qeyd edək ki, Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Xəbər lenti
0