Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yağan yağışlar Azərbaycan çaylarında suyun səviyyəsini artırıb

© Sputnik / Irade JELILKür
Kür - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Kür-Qıraqkəsəmən müşahidə məntəqəsinin bu günə olan məlumatına əsasən, çayda suyun səviyyəsi 391 sm-dir.
BAKI, 1 may — Sputnik. Kür-Qıraqkəsəmən müşahidə məntəqəsinin bu günə olan məlumatına əsasən, çayda suyun səviyyəsi 391 sm-dir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, dünənki müşahidə ilə müqayisədə 44 sm artım var.
Xatırladaq ki, bir müddət əvvəl Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirmişdi ki, yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb:
"Nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 90 sm, Surrada 120 sm, Şirvanda 112 sm, Salyanda 147 sm, Bankədə 33 sm, Araz çayının Novruzlu məntəqəsində isə 57 sm çox olub".
Xəbər lenti
0