DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Son iki ayda ABŞ-da üçüncü böyük bank iflasa uğrayıb

© AFP 2024 / PATRICK T. FALLONFirst Republic bankı
First Republic bankı - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
"First Republic Bank"ın səhmləri bank sektoru ilə bağlı narahatlıqlar səbəbindən mart ayında yenidən ucuzlaşıb - martın 13-də səhmlər 61,83% ucuzlaşaraq son bağlanışda 81,76 dollardan 31,21 dollara düşüb.
BAKI, 1 may — Sputnik. Amerikanın "First Republic Bank"ı (FRB) Kaliforniya Maliyyə Mühafizəsi və İnnovasiya Departamenti (DFPI) tərəfindən Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) təhvil verilib. Bu korporasiya eyni zamanda bankın depozitlərini və aktivlərini almaq üçün "JPMorgan Chase"dən müraciəti qəbul edib.
Bu barədə tənzimləyicilərin relizlərində bildirilib.
San Fransisko, Kaliforniya, "First Republic Bank"ı, bu gün Federal Əmanətlərin Sığortalanması Korporasiyasını (FDIC) administrator təyin edən Kaliforniya Maliyyə Müdafiəsi və İnnovasiyalar Departamenti (DFPI) tərəfindən bağlandı. Əmanətçiləri qorumaq üçün FDIC "JPMorgan Chas"e bankı ilə alış-veriş müqaviləsi bağlayır... "First Republic Bank"ın bütün əmanətlərini və demək olar ki, bütün aktivlərini qəbul edə bilsin deyə," - FDIC-in bəyanatında belə deyilir.
Federal korporasiya qeyd edib ki, aprelin 13-nə FRB-nin aktivləri 229,1 milyard dollar, əmanətləri isə 103,9 milyard dollar təşkil edib. Əldə etmə şərtlərinə əsasən, FRB-nin səkkiz ştatda 84 şöbəsi "JPMorgan Chase" filialları kimi yenidən açılacaq.
Bakıda 12.06-a olan məlumata əsasən əsas birja hərraclarının açılışından əvvəl "First Republic Bank"nın səhmləri 34,47% ucuzlaşaraq 2,3 dollar təşkil edir, 28 aprel cümə günü bağlanış qiyməti 3,51 dollar (gündə 43,3% azalma) təşkil edib.
Bankın səhmləri bank sektoru ilə bağlı narahatlıqlar səbəbindən mart ayında yenidən ucuzlaşıb: martın 13-də səhmlər son bağlanışda 81,76 dollardan 61,83% ucuzlaşaraq 31,21 dollara düşüb. Martın sonunda səhm qiyməti artıq 15 dollardan, aprelin 26-dan isə 10 dollardan aşağı olub. Fevralın sonuna bankın səhmləri, təxminən 123 dollar dəyərində idi.
Martın 10-da ABŞ-ın Kaliforniya ştatının Maliyyə Müdafiəsi Departamenti "Silicon Valley Bank"ın müflis olduğunu elan edib. "Silikon Valley"in aparıcı texnoloji kreditorlarından biri iki gündən az müddətdə iflas edib. "CNN"in qeyd etdiyi kimi, bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğu idi. "Silikon Valley" Federal Əmanətlərin Sığortalanması Komissiyasına təhvil verildi.
Sonradan "SVB" bankının Britaniya bölməsinin də iflas proseduruna başlayacağı məlum olub. Bütün bunların fonunda Böyük Britaniyanın 250-dən çox texnologiya şirkətinin rəhbərləri maliyyə naziri Ceremi Hanta birgə məktub yazaraq ondan yaranmış vəziyyətə müdaxilə etməyi xahiş ediblər ki, bu, Britaniya startaplarının iflasına gətirib çıxarmasın.
Xəbər lenti
0