NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Sabah bu rayonlarda qaz olmayacaq

© AFP 2023 / INA FASSBENDERQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
"Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" I xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı qaz təchizatının dayandırılması planlaşdırılır.
BAKI, 1 may — Sputnik. Sabah Naftalan və Goranboy rayonlarında qaz olmayacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" I xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, mayın 2-də saat 09:00-dan etibarən mayın 3-də işlər başa çatanadək "Goranboy", "Naftalan", "Goran qəsəbəsi" və "Gilan Knauf" MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər lenti
0