https://sputnik.az/20230501/polislerin-ustune-masin-suren-sexs-hebs-edildi---birge-melumat-454357154.html
Polislərin üstünə maşın sürən şəxs həbs edildi - video
Polislərin üstünə maşın sürən şəxs həbs edildi - video
Sputnik Azərbaycan
Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 01.05.2023, Sputnik Azərbaycan
2023-05-01T16:33+0400
2023-05-01T16:33+0400
2023-05-01T17:06+0400
qandal
cəmiyyət
cinayət məcəlləsi
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434802688_0:247:3201:2048_1920x0_80_0_0_fb58138563145ec4e3fb03f479fbd03b.jpg
BAKI, 1 may — Sputnik. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməkdə şübhəli bilinən şəxslə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir: "Xəbər verildiyi kimi, aprelin 28-də saat 08 radələrində Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, idarə etdiyi avtomobillə xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə tabesizlik göstərən şəxs saxlanılıb. Əməliyyat məlumatı əsasında əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam etdirilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434802688_136:0:2867:2048_1920x0_80_0_0_015d31bb3e2c8546bd71cb43a8360e87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qandal, cinayət məcəlləsi, baş prokurorluq
qandal, cinayət məcəlləsi, baş prokurorluq
Polislərin üstünə maşın sürən şəxs həbs edildi - video
16:33 01.05.2023 (Yenilənib: 17:06 01.05.2023) Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
BAKI, 1 may — Sputnik. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməkdə şübhəli bilinən şəxslə bağlı birgə məlumat yayıb.
"Xəbər verildiyi kimi, aprelin 28-də saat 08 radələrində Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, idarə etdiyi avtomobillə xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə tabesizlik göstərən şəxs saxlanılıb.
Əməliyyat məlumatı əsasında əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.
Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir".