DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kaladze: Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməyib

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçid Tbilisi meri Kaxa Kaladze
 Tbilisi meri Kaxa Kaladze  - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Tbilisi meri deyib ki, Gürcüstan namizəd statusunu almaq üçün ölkəyə təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə çalışır. Əgər status verilməsə, "bu, problem deyil".
BAKI, 1 may — Sputnik. Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusu almayıb, çünki ölkə rəhbərliyi Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib. Gürcüstan hakimiyyəti Aİ üçün problem yaradır.
Bu barədə "TASS" informasiya agentliyi Tbilisi meri Kaxa Kaladzenin sözlərinə istinadən xəbər verib.
"Cəmiyyət bunun niyə baş verdiyini çox yaxşı anlayıb", - "TASS" merdən sitat gətirib.
Kaxa Kaladze qeyd edib ki, Gürcüstan hakimiyyəti namizəd statusunu almaq üçün ölkəyə təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə çalışır. Onun sözlərinə görə, əgər status verilməsə, "bu, problem deyil".
Qeyd edək ki, bu yaxınlarda tarix elmləri namizədi Oleq İvannikov Qərbin Gürcüstanın müstəqil siyasət yürütdüyünə görə bu ölkədə dövlət çevrilişi təşkil etməyə cəhd etməsi ilə bağlı fikirlərini bölüşüb. Hakimiyyətin qərarları Qərbin Rusiya ilə əlaqələri tamamilə kəsmək kimi qlobal konsepsiyasına uyğun gəlmir.
Xəbər lenti
0