DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Hürkuş" təyyarəsi dost və qardaş ölkələrə ixrac ediləcək - Ərdoğan

© AR Ministry of DefenceHürkuş təyyarəsi
Hürkuş təyyarəsi - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Türkiyə Prezidenti bildirib ki, bu təyyarə düşmənin mağaralarını darmadağın etməyə qadirdir və bir neçə aydan sonra sınaq uçuşlarını tamamlayacaq.
BAKI, 1 may — Sputnik. "İŞİD-dən PKK-ya qədər terror təşkilatlarının heç birinin nəfəs almasına imkan vermirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, terrorçularla əməkdaşlıq edənlər də var: "Mənim millətim belələrinə bu ölkəni təslim etməz".
R.T.Ərdoğanın sözlərinə görə, "Kaan" təyyarəsi radarlara görünmədən uçue: "Bu təyyarə düşmənin mağaralarını darmadağın etməyə qadirdir. Bir neçə aydan sonra "Kaan" sınaq uçuşlarını tamamlayacaq və Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək".
Türkiyə lideri bildirib ki, "Hürkuş" təyyarəsi dost və qardaş ölkələrə də ixrac ediləcək.
Xəbər lenti
0