Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

"Heydər Əliyev-100" Beynəlxalq Minifutbol Turniri: 11 cavabsız qol

© Sputnik / Rahim MuradovFutbol topu, arxiv şəkli
Futbol topu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmada fransızlar CAR-lıları darmadağın ediblər.
BAKI, 1 may - Sputnik. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində növbəti oyun keçirilib.
B qrupunun ikinci matçında Fransa millisi Cənubi Afrika Respublikasını (CAR) sınağa çəkib.
Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Avropa təmsilçilərinin darmadağını ilə başa çatıb. Fransızlar rəqibin qapısından 11 cavabsız top keçiriblər.
Bu qrupun ilk oyununda Qazaxıstan yığması Ukraynaya minimal hesabla qalib gəlib - 1:0.
Qeyd edək ki, saat 20:00-da turnirin rəsmi açılış mərasimi olacaq.
16:47
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə start verilib. Yarışın ilk iki oyunu keçirilib.
Bakı Tennis Akademiyasında baş tutan birinci qarşılaşmada Serbiya ilə Gürcüstan yığmaları üz-üzə gəliblər. A qrupundakı görüşün taleyini 1 qol həll edib. Nikola Tomiçin 9-cu dəqiqədə vurduğu top Serbiya kollektivinə 1:0 hesablı qələbə qazandırıb.
B qrupu çərçivəsində keçirilən Ukrayna – Qazaxıstan oyununda da eyni hesab qeydə alınıb. Burada Şahrur Xaşimovun 40-cı dəqiqədə vurduğu yeganə qol qazaxıstanlılara qalibiyyət gətirib.
Bu gün A qrupunun digər oyununda Azərbaycan yığması Çexiyanı sınağa çəkəcək, B qrupunda isə Fransa ilə CAR üz-üzə gələcəklər (Report).
Qeyd edək ki, saat 20:00-da turnirin rəsmi açılış mərasimi olacaq.
Xəbər lenti
0