NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

FED-in faiz qərarı ərəfəsində neft ucuzlaşır

© AP Photo / Patrick SemanskyЗдание Федеральной резервной системы США, фото из архива
Здание Федеральной резервной системы США, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Çərşənbə günü FED-in qərarı həftənin ən aktual mövzusu olacaq və faizlərin artırılacağı gözlənilir.
BAKI, 1 may — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,53 dollar azalaraq 79,8 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,60 dollar ucuzlaşaraq 76,18 dollar təşkil edib.
Qeyd edək ki, bu həftə bazarlar ABŞ Mərkəzi Bankının (FED) faiz qərarını izləyəcəklər. Çərşənbə günü FED-in qərarı həftənin ən aktual mövzusu olacaq və faizlərin artırılacağı gözlənilir. Başqa sözlə, inflyasiya və iqtisadi perspektivlə bağlı narahatlıqların davam etməsi fonunda FED-in faiz dərəcələrini daha 0,25 faiz bəndi artıracağı gözlənilir. Dünyada iqtisadi tənəzzül narahatlığı neft bazarlarına mənfi təsir gösrərir.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 1,95 dollar artaraq 83,8 dollar olub.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Xəbər lenti
0