Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub - Yenilənib

© Photo : REPORTMina partlayışı
Mina partlayışı - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.
BAKI, 1 aprel - Sputnik. Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda deyilir.
Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
18:43
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.
Maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.
***
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev öz sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, bundan əvvəl - aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər həyatını itirib.
Partlayış nəticəsində "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevin hadisə yerində öldüyü müəyyən edilib.
Xəbər lenti
0