https://sputnik.az/20230501/bmt-nin-umumdunya-erzaq-proqrami-sudanda-fealiyyetini-berpa-edib-454351307.html
BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini bərpa edib
BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini bərpa edib
Sputnik Azərbaycan
Aprelin 15-də Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda silahlı toqquşmada həlak olub, ancaq münaqişə tərəflərindən heç biri hələlik hadisəyə görə... 01.05.2023, Sputnik Azərbaycan
2023-05-01T23:17+0400
2023-05-01T23:17+0400
2023-05-01T23:17+0400
bmt
dünya xəbərləri
sudan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/11/453854454_0:160:3072:1888_1920x0_80_0_0_deeb2713eacf5132045b52a76220311b.jpg
BAKI, 1 may — Sputnik. BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Sudanda fəaliyyətini bərpa edib. Bu barədə bazar ertəsi təşkilatın icraçı direktoru Sindi Makkeyn öz Twitter səhifəsində məlumat verib. "ÜƏP komanda üzvlərimizin faciəvi ölümündən sonra tətbiq edilən müvəqqəti qapanmanı Sudandakı böhran milyonlarla insanı aclıqdan məhrum etdiyinə görə dərhal ləğv edir", - bəyanatda deyilir. Aprelin 15-də Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda silahlı toqquşmada həlak olub. Qurum aprelin 16-da ölkədə işlərin dayandırıldığını elan edib. Sudan münaqişəsinin tərəflərindən heç biri hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Sudandakı vəziyyət Sudanda vəziyyət Suveren Şuraya da rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun bu işdə müavini olan çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasında fikir ayrılığı səbəbindən gərginləşib. Ölkənin iki hərbi strukturu arasında əsas ziddiyyətlər Sudanın vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də ordunun baş komandanı kimin olması ilə bağlı suallarla bağlıdır. Aprelin 15-də Merov şəhəri və Xartumdakı hərbi baza yaxınlığında adı çəkilən iki struktur arasında toqquşmalar başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri ölkədə 600-dən çox insan ölüb. Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı 450-dən çox mülki insanın münaqişənin qurbanı olduğunu, 4 mindən çox insanın yaralandığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/11/453854454_171:0:2902:2048_1920x0_80_0_0_9f8bdc8e70b69d702efac50467a0a5a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt, sudan
BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini bərpa edib
Aprelin 15-də Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda silahlı toqquşmada həlak olub, ancaq münaqişə tərəflərindən heç biri hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
BAKI, 1 may — Sputnik. BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Sudanda fəaliyyətini bərpa edib. Bu barədə bazar ertəsi təşkilatın icraçı direktoru Sindi Makkeyn öz Twitter səhifəsində məlumat verib.
"ÜƏP komanda üzvlərimizin faciəvi ölümündən sonra tətbiq edilən müvəqqəti qapanmanı Sudandakı böhran milyonlarla insanı aclıqdan məhrum etdiyinə görə dərhal ləğv edir", - bəyanatda deyilir.
Aprelin 15-də Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda silahlı toqquşmada həlak olub. Qurum aprelin 16-da ölkədə işlərin dayandırıldığını elan edib. Sudan münaqişəsinin tərəflərindən heç biri hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Sudanda vəziyyət Suveren Şuraya da rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun bu işdə müavini olan çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasında fikir ayrılığı səbəbindən gərginləşib. Ölkənin iki hərbi strukturu arasında əsas ziddiyyətlər Sudanın vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də ordunun baş komandanı kimin olması ilə bağlı suallarla bağlıdır.
Aprelin 15-də Merov şəhəri və Xartumdakı hərbi baza yaxınlığında adı çəkilən iki struktur arasında toqquşmalar başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri ölkədə 600-dən çox insan ölüb. Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı 450-dən çox mülki insanın münaqişənin qurbanı olduğunu, 4 mindən çox insanın yaralandığını bildirib.