https://sputnik.az/20230501/blinken-bayramov-ve-mirzoyanla-gorusecek---gorusun-vaxti-ve-yeri-aciqlandi-454357043.html
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
Sputnik Azərbaycan
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər. 01.05.2023, Sputnik Azərbaycan
2023-05-01T21:18+0400
2023-05-01T21:18+0400
2023-05-01T22:48+0400
siyasət
entoni blinken
ararat mirzoyan
ermənistan
ceyhun bayramov
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e7/05/01/454377678_0:0:1200:676_1920x0_80_0_0_9c0b6aeaa3f9eed7a74f540e145f7126.jpg
BAKI, 1 may — Sputnik. Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.Ermənistan XİN-in yaydığı məlumata görə, görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.Görüş zamanı Laçın yolundakı son vəziyyət də müzakirə edilib.***ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir. Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu olub. Diplomatik mənbələr görüşün bir neçə gün davam edə biləcəyini açıqlayıblar. Bundan əvvəl isə Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.Diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.***Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.Daha əvvəl ABŞ dövlət katibi Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüb.***Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.İkitərəfli görüşdən sonra C.Bayramov, E.Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş gözlənilir.***Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.Sputnik Ermənistan-ın yaydığı xəbərə görə, bu barədə Ermənistan XİN-dən bildirilib.İkitərəfli görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da iştirakı ilə üçtərəfli görüş gözlənilir.***ABŞ dövlət katibi Entoni Blinken bu axşam Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat verib ki, Blinken Bakı vaxtı ilə saat 16:30-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Azərbaycan XİN rəhbəri ilə ABŞ Dövlət Katibinin görüşü isə Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq. Hər iki görüş mətbuata qapalı şəraitdə keçiriləcək. ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/01/454377678_57:0:1124:800_1920x0_80_0_0_8e3a2730def346fe42362890e8ba7d7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
entoni blinken, ararat mirzoyan, ermənistan, ceyhun bayramov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
entoni blinken, ararat mirzoyan, ermənistan, ceyhun bayramov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
21:18 01.05.2023 (Yenilənib: 22:48 01.05.2023) Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.
BAKI, 1 may — Sputnik. Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.
Ermənistan XİN-in yaydığı məlumata görə, görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb.
Görüş zamanı Laçın yolundakı son vəziyyət də müzakirə edilib.
ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir. Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu olub.
Diplomatik mənbələr görüşün bir neçə gün davam edə biləcəyini açıqlayıblar.
Bundan əvvəl isə Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
Diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
Daha əvvəl ABŞ dövlət katibi Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüb.
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.
Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.
İkitərəfli görüşdən sonra C.Bayramov, E.Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş gözlənilir.
Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Sputnik Ermənistan-ın yaydığı xəbərə görə, bu barədə Ermənistan XİN-dən bildirilib.
İkitərəfli görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da iştirakı ilə üçtərəfli görüş gözlənilir.
ABŞ dövlət katibi Entoni Blinken bu axşam Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat verib ki, Blinken Bakı vaxtı ilə saat 16:30-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Azərbaycan XİN rəhbəri ilə ABŞ Dövlət Katibinin görüşü isə Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq. Hər iki görüş mətbuata qapalı şəraitdə keçiriləcək.
ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.