Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanda hərbi vəzifəlilərin təlim toplanışı keçirilib - Video

© AR Ministry of DefenceHərbi vəzifəlilərin təlim toplanışı başa çatıb
Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
BAKI, 1 may - Sputnik. 2023-cü ilin hazırlıq planına əsasən N hərbi hissəsində keçirilən hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb.
Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib.
Hərbi vəzifəlilər həmçinin komando hazırlığı üzrə məşğələlərdə iştirak edib. Onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də piyada və tank əleyhinə minalarla bağlı ətraflı məlumat verilib. Komandoların istifadəsində olan silahlardan və gecəgörmə cihazlarından düzgün istifadə qaydaları öyrədilib.
Toplanış müddətində hərbi vəzifəlilərlə müasir döyüş üsulları məşq etdirilib.
Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Xəbər lenti
0