https://sputnik.az/20230501/azerbaycanda-avtomobil-zavodunun-temeli-qoyulacaq-454368784.html
Azərbaycanda avtomobil zavodunun təməli qoyulacaq
Azərbaycanda avtomobil zavodunun təməli qoyulacaq
Sputnik Azərbaycan
Uluqbek Rozukulov bildirib ki, Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək. 01.05.2023, Sputnik Azərbaycan
2023-05-01T18:28+0400
2023-05-01T18:28+0400
2023-05-01T18:34+0400
avtomobil
cəmiyyət
özbəkistan
azərbaycan özbəkistan
https://cdnn1.img.sputnik.az/img/41570/86/415708611_0:104:2000:1229_1920x0_80_0_0_fb173c0e2dd9de024f93e75f43890e92.jpg
BAKI, 1 may — Sputnik. Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Özbəkistanın birgə Avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulacaq. Bu barədə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulov məlumat verib. O bildirib ki, Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək: "Hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək". Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib. Uluqbek Rozukulov bu ilin martında “Uzautosanoat” şirkətinin baş direktoru təyin edilib. “Uzavtosanoat” ASC avtomobil istehsalı müəssisələrini və avtomobillərin lokallaşdırılması və avtomobil komponentlərinin istehsalı müəssisələrini əlaqələndirən holdinqdir. Şirkət 1994-cü ildə yaradılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, 53 yaşlı Uluqbek Rozukulov Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına malikdir və iqtisad elmləri namizədidir. Təyin olunmazdan əvvəl 2018-ci ildə İndoneziyada, 2019-cu ilin oktyabrında Vyetnamda da səfir vəzifəsində çalışıb.
https://sputnik.az/20230501/prezident-lham-eliyev-uluqbek-rozukulovu-qebul-edib-454345128.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41570/86/415708611_112:0:1889:1333_1920x0_80_0_0_1fe7a587cf22e1fbb565f28c08921776.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtomobil, özbəkistan, azərbaycan özbəkistan
avtomobil, özbəkistan, azərbaycan özbəkistan
Azərbaycanda avtomobil zavodunun təməli qoyulacaq
18:28 01.05.2023 (Yenilənib: 18:34 01.05.2023) Uluqbek Rozukulov bildirib ki, Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək.
BAKI, 1 may — Sputnik. Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Özbəkistanın birgə Avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun təməli qoyulacaq.
Bu barədə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulov məlumat verib.
O bildirib ki, Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcək: "Hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın "Uzavtosanoat" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
Uluqbek Rozukulov bu ilin martında “Uzautosanoat” şirkətinin baş direktoru təyin edilib. “Uzavtosanoat” ASC avtomobil istehsalı müəssisələrini və avtomobillərin lokallaşdırılması və avtomobil komponentlərinin istehsalı müəssisələrini əlaqələndirən holdinqdir. Şirkət 1994-cü ildə yaradılıb.
Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, 53 yaşlı Uluqbek Rozukulov Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına malikdir və iqtisad elmləri namizədidir. Təyin olunmazdan əvvəl 2018-ci ildə İndoneziyada, 2019-cu ilin oktyabrında Vyetnamda da səfir vəzifəsində çalışıb.