https://sputnik.az/20230501/audiovizual-sura-4-televiziya-kanalina-xeberdarliq-etdi-454354142.html
Audiovizual Şura 4 televiziya kanalına xəbərdarlıq etdi
Audiovizual Şura 4 televiziya kanalına xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Audiovizual Şura "Xəzər", "Azad Azərbaycan", "ARB 24" və "Dünya" telekanallarının redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati... 01.05.2023, Sputnik Azərbaycan
2023-05-01T13:34+0400
2023-05-01T13:34+0400
2023-05-01T13:48+0400
televiziya
cəmiyyət
xəzər tv
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691240_0:134:3167:1915_1920x0_80_0_0_3b4ff0c87711788728ed0f773ecee437.jpg
BAKI, 1 may — Sputnik. Bu gün Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib. Şuradan verilən xəbərə görə, iclasda "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramlarının monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb. Belə ki, 25 aprel, 26 aprel və 27 aprel 2023-cü il tarixlərində "Xəzər TV", 28 mart, 04 aprel və 26 aprel 2023-cü il tarixlərində "ATV", 28 mart 2023-cü il tarixində "ARB", 10 mart 2023-cü il tarixində "Dünya TV" televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyasına, "ARB 24" MMC-yə, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691240_218:0:2949:2048_1920x0_80_0_0_38214ad96f9328804130d51d42951623.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
televiziya, xəzər tv
Audiovizual Şura 4 televiziya kanalına xəbərdarlıq etdi
13:34 01.05.2023 (Yenilənib: 13:48 01.05.2023) Audiovizual Şura "Xəzər", "Azad Azərbaycan", "ARB 24" və "Dünya" telekanallarının redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
BAKI, 1 may — Sputnik. Bu gün Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib.
Şuradan verilən xəbərə görə, iclasda "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramlarının monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb. Belə ki, 25 aprel, 26 aprel və 27 aprel 2023-cü il tarixlərində "Xəzər TV", 28 mart, 04 aprel və 26 aprel 2023-cü il tarixlərində "ATV", 28 mart 2023-cü il tarixində "ARB", 10 mart 2023-cü il tarixində "Dünya TV" televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyasına, "ARB 24" MMC-yə, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.