SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun sülhün açarı olduğuna inanır

© Photo : MFA AzerbaijanПроходит встреча между Джейхуном Байрамовым и Энтони Блинкеном
Проходит встреча между Джейхуном Байрамовым и Энтони Блинкеном
 - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel bildirib ki, dövlət katibi Blinken iki ölkə arasında sülh və sablitliyə nail olmağa çalışır.
BAKI, 1 may - Sputnik. ABŞ dövlət katibi Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun, məsələlərin həllində və davamlı sülhə nail olunmasında açar olduğuna inanır.
Bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.
“Dövlət katibi Blinken bu istiqamətdə çox dərindən məşğul olur. Biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Ona görə də biz bu iki ölkə arasında sülh və sablitliyə nail olmağa çalışırıq. Biz diplomatiya yolu ilə birbaşa dialoqun açar olduğuna inanırıq”, - deyə Patel bildirib (APA).
Xatırladaq ki, bu gün Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub.
Diplomatlar regionda təhlükəsizliklə bağlı vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.
Görüş zamanı Laçın yolundakı son vəziyyət də müzakirə edilib.
Diplomatik mənbələr görüşün bir neçə raundda davam edə biləcəyini açıqlayıblar.
Xəbər lenti
0