DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xərçəngə qarşı peyvənd hazırlanır

© AP Photo / NATALIA KOLESNIKOVAXərçəng xəstəsi olan qadın
Xərçəng xəstəsi olan qadın - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Oksford Universitetinin tədqiqatçısı bildirib ki, bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq.
BAKI, 30 aprel - Sputnik. Xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq. Bu fikri Oksford Universitetinin tədqiqatçısı Conatan Kvok səsləndirib.
İspaniyanın "Mundo" qəzetinə müsahibə verən alim deyib:

"İndi ən azı 10 şirkətin və müxtəlif yanaşma və strategiyalara malik akademik departamentlərin iştirak etdiyi bir yarış var. Artıq tədqiqatın orta mərhələsində bəzi variantlar var".

Onun fikrincə, “bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq”.
“Düşünürəm ki, bizim öz peyvəndimiz bu tarixdən əvvəl ortaya çıxacaq”, - o bildirib.
Onun sözlərinə görə, xərçəngdən ölüm halların 70-90%-də metastazlara görə baş verir:

“Biz bu metastazları dayandırmaq, immun sisteminin davamlı reaksiyası sayəsində onların baş verməsinin qarşısını almaq istəyirik ki, bunu əldə etmək olar. Siçanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, metastazların qarşısını tamamilə ala bilərik. Biz insanlarla eyni nəticəyə nail olmaq istəyirik".

Alimin sözlərinə görə, strategiyanın təhlükəsizliyini yoxlamaq üçün nəzərdə tutulan klinik sınaqların birinci mərhələsinin yaxın aylarda başlanması gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0