“Red Bull Racing” komandasının pilotu Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Meksikalı pilot cari mövsüm və Bakı şəhər halqasında ikinci, karyerasında isə altıncı qələbəsini qazanıb.Azərbaycan Qran-Prisi tarixində ilk dəfə bir pilot iki dəfə podiumun ən yüksək pilləsinə qalxıb. Belə ki, S.Peres 2021-ci ildə Bakı mərhələsində birinci olub.Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfə ev sahibliyi edib. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021), Maks Ferastappen (Red Bull Racing” – 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Əsas yarışda Meksikalı pilot cari mövsümdə və Bakı şəhər halqasında ikinci qələbəsini qazanıb.
“Red Bull Racing” komandasının pilotu Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. Meksikalı pilot cari mövsüm və Bakı şəhər halqasında ikinci, karyerasında isə altıncı qələbəsini qazanıb.
Azərbaycan Qran-Prisi tarixində ilk dəfə bir pilot iki dəfə podiumun ən yüksək pilləsinə qalxıb. Belə ki, S.Peres 2021-ci ildə Bakı mərhələsində birinci olub.
Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.
"Formula" 1 Azərbaycan Qran-Prisinin qalibi Serxio Peres.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfə ev sahibliyi edib. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021), Maks Ferastappen (Red Bull Racing” – 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.