DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistanda referendum baş tutub

© Sputnik / Татьяна МеельÖzbəkistan bayrağı, arxiv şəkli
Özbəkistan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Özbəkistan vətəndaşları bazar günü ölkə prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılmasını, hakimiyyətin digər qollarının gücləndirilməsini və dövlətin idarə olunması prosesində vətəndaşlar rolunun artırılmasını nəzərdə tutan konstitusiyaya səs verirlər.
BAKI, 30 aprel - Sputnik. Özbəkistanda konstitusiya referendumu baş tutmuş elan edilib - yerli vaxtla saat 13.00-da (Bakı vaxtı ilə 12.00) seçici fəallığı tələb olunan 50% baryerlə 62,24% təşkil edib. Bu barədə MSK sədrinin müavini Baxrom Kuçkarov jurnalistlərə bildirib.
Özbəkistan vətəndaşları bazar günü Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılmasını, hakimiyyətin digər qollarının gücləndirilməsini və dövlətin idarə olunması prosesində vətəndaşlar rolunun artırılmasını nəzərdə tutan yeni redaksiyada ölkə konstitusiyasına dair qanun layihəsinə səs verirlər.
© btnet.com.trкорова
корова - Sputnik Azərbaycan, 1920, 30.04.2023
корова

"Seçici fəallığını müəyyən edən elektron sistemə əsasən, saat 13.00-a olan məlumata görə, 12 083 105 seçici və ya ümumi siyahının 62,24%-i məntəqələrə gəlib. Referendum baş tutmuş sayıla bilər", - Kuçkarov bildirib.

Respublikanın qanunvericiliyinə əsasən, səsvermədə iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu iştirak etdikdə referendum keçirilmiş sayılır.
MSK-nın yenilənmiş məlumatlarına əsasən, Özbəkistanda 19,7 milyon seçici qeydə alınıb, 10 758 seçki məntəqəsi təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0