Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Milli Muğam Müsabiqəsinin qalibləri məlum olub

© Photo : AZƏRTACMuğam ifası, arxiv şəkli
Muğam ifası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Xanəndəlik üzrə müsabiqədə birinci yerə Mirəli Sarızadə ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov layiq görülüblər.
BAKI, 30 aprel - Sputnik. Aprelin 30-da Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb və onlar mükafatlandırılıblar.
Müsabiqə Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.
Əvvəlcə müsabiqənin münsiflər heyəti təqdim olunub.
Qeyd edilib ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Milli Muğam Müsabiqəsinin əhəmiyyətindən danışıb. Müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Bütün qalibləri təbrik edən Xalq artisti onlara uğurlar arzulayıb.
Münsiflərin yekdil rəyinə əsasən xanəndəlik üzrə müsabiqəsində birinci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov 2-ci, Zümrüd MəmmədovaDaşqın Kürçaylı isə 3-cü yerləri tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli ƏliyevSoltan Nadirov layiq görülüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0