https://sputnik.az/20230430/milli-meclisde-ilk-defe-dovlet-qulluguna-qebul-ile-elaqedar-yazili-imtahan-kecirilib-454299378.html
Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirilib
Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirilib
Sputnik Azərbaycan
MM-dən verilən xəbərə görə, müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir. 30.04.2023, Sputnik Azərbaycan
2023-04-30T08:07+0400
2023-04-30T08:07+0400
2023-04-30T08:07+0400
cəmiyyət
milli məclis
imtahan
müsabiqə
dövlət qulluğu
dövlət qulluğuna qəbul
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_0:0:1800:1014_1920x0_80_0_0_d825fc68d136405a547658f5f5a9beae.jpg
BAKI, 30 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan islahatların davamı olaraq, cari il fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə ilk dəfə Milli Məclis Aparatının hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.MM-dən verilən xəbərə görə, müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.Aprelin 29-da Milli Məclisin inzibati binasında müsabiqənin birinci mərhələsi üzrə yazılı imtahan keçirilib. İmtahandan əvvəl Parlament Aparatının rəhbəri Fərid Hacıyev Milli Məclis sədrinin adından namizədləri salamlayıb, onlara uğurlar arzulayıb. 3 qrup şəklində keçirilmiş imtahanda hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş 364 namizəd iştirak edib.Yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.İmtahanın nəticələri və müsabiqənin növbəti mərhələsi barədə əlavə məlumat veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_102:0:1711:1207_1920x0_80_0_0_e339975df444323b3f84d1df446cf4ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, imtahan, müsabiqə, dövlət qulluğu, dövlət qulluğuna qəbul
milli məclis, imtahan, müsabiqə, dövlət qulluğu, dövlət qulluğuna qəbul
Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirilib
MM-dən verilən xəbərə görə, müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.
BAKI, 30 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan islahatların davamı olaraq, cari il fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə ilk dəfə Milli Məclis Aparatının hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.
MM-dən verilən xəbərə görə, müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.
Aprelin 29-da Milli Məclisin inzibati binasında müsabiqənin birinci mərhələsi üzrə yazılı imtahan keçirilib. İmtahandan əvvəl Parlament Aparatının rəhbəri Fərid Hacıyev Milli Məclis sədrinin adından namizədləri salamlayıb, onlara uğurlar arzulayıb. 3 qrup şəklində keçirilmiş imtahanda hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş 364 namizəd iştirak edib.
Yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaq.
İmtahanın nəticələri və müsabiqənin növbəti mərhələsi barədə əlavə məlumat veriləcək.