https://sputnik.az/20230430/dn-vetendaslarin-obyektlerinde-videomusahide-vasitesinin-qurasdirilmasi-iddialari-barede-454300642.html
DİN vətəndaşların obyektlərində videomüşahidə vasitəsinin quraşdırılması iddiaları barədə
DİN vətəndaşların obyektlərində videomüşahidə vasitəsinin quraşdırılması iddiaları barədə
Sputnik Azərbaycan
DİN vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına cavab verib 30.04.2023, Sputnik Azərbaycan
2023-04-30T08:45+0400
2023-04-30T08:45+0400
2023-04-30T09:46+0400
cəmiyyət
din
kamera
müşahidə kameraları
https://cdnn1.img.sputnik.az/img/40361/90/403619031_0:105:2049:1257_1920x0_80_0_0_e3dea48cd298b487c9992529bdd4487f.jpg
BAKI, 30 aprel - Sputnik. Daxili İşlər Nazirliyi polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına cavab verib.DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılıb.Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur.Vətəndaşlara məxsus obyektlərdə isə Daxili İşlər Nazirliyi tərəfindən videokameralar quraşdırılmır. Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur və həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.Vətəndaşlarımızdan bu mühüm amili nəzərə alıb obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40361/90/403619031_116:0:1931:1361_1920x0_80_0_0_eb4b2b9a5fd0b7813153e724d4d3e50c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, kamera, müşahidə kameraları
din, kamera, müşahidə kameraları
DİN vətəndaşların obyektlərində videomüşahidə vasitəsinin quraşdırılması iddiaları barədə
08:45 30.04.2023 (Yenilənib: 09:46 30.04.2023) DİN vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına cavab verib
BAKI, 30 aprel - Sputnik. Daxili İşlər Nazirliyi polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına cavab verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılıb.
Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur.
Vətəndaşlara məxsus obyektlərdə isə Daxili İşlər Nazirliyi tərəfindən videokameralar quraşdırılmır. Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.
Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur və həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.
Vətəndaşlarımızdan bu mühüm amili nəzərə alıb obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur.