Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İbtidai sinif müəllimləri repetitorluqdan uzaqlaşdırılmalıdırmı? - Ekspertlər nə düşünür

© Sputnik / Murad OrujovŞagird, arxiv şəkli
Şagird, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Ekspert bildirir ki, Bakı və Abşeronun bəzi məktəblərindəki bəzi ibtidai siniflərdə şagirdlərin sayı hətta 50-55 nəfərə çatır. Onun qənaətinə görə, hazırda şagird sıxlığı da keyfiyyətə ciddi şəkildə təsir edən amildir.
BAKI, 30 aprel — Sputnik. Davamlı olaraq sosial şəbəkələrdə Azərbaycanda təhsilin ibtidai pilləsində keyfiyyətin aşağı olması ilə bağlı şikayətlər səslənir.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azyaşlının birinci sinfə addım atmadan hazırlıqlara getməsi ibtidai təhsilin zəifliyindən xəbər verir:

"Bünövrə yaxşı olmadıqda növbəti mərtəbələr də etibarlı olmayacaq. İbtidai təhsillə bağlı vəziyyət Azərbaycan təhsilinin ən ciddi problemlərindən biri hesab olunmalıdır. Çünki təhsilin bünövrəsi, gələcək nəticəsi məhz ibtidai təhsildən asılıdır. Lakin təəssüflər olsun ki, ibtidai təhsilin hazırkı vəziyyəti kölgədə qalıb, formal bir hal alıb".

© Photo : Courtesy of Elmin NuriElmin Nuri
Elmin Nuri - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Elmin Nuri

"Artıq ibtidai sinif müəllimləri ali məktəbə tələbə hazırlayan repetitorları sayca üstələyib. Bəzilərinin əsas məqsədi məhz repetitorluqla məşğul olmaqdır. Uşaq ibtidai sinif müəlliminin yanına hazırlığa getmirsə, şagird artıq onun gözündə çıxdaş olunmuş sayılır, dəyərdən düşür. Bu uşaqların psixologiyasını məhv etmək bu cür müəllimlər üçün su içmək qədər asandır", - deyə o əlavə edib.

Ekspert həmçinin deyir ki, bu istiqamətdə dövlət müəyyən qədər işini görür, müəllimlərin sertifikasiyasını həyata keçirir:

"Nəticələri uğurlu olan müəllimlərin maaşı artırılır. İbtidai sinif müəllimləri repetitorluq sevdasından əl çəkməsələr, uzaqlaşdırılmasalar, biz nəyəsə nail ola bilməyəcəyik".

Təhsil üzrə digər ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nə Bakıda, nə də ki, bölgələrdə keyfiyyətli ibtidai təhsildən söz açmaq mümkün deyil:
Azərbaycanda hazırda ölkə üzrə ibtidai sinifdə təhsil alanların ümumi sayının 570 min, birinci sinifdə təhsil alanların saynını isə 160 min olduğunu deyən mütəxəssis bildirib ki, ölkənin ibtidai təhsili tamamilə repetitorluqdan asılı haldadır:

"Azərbaycan məktəbləri ibtidai təhsil vermir. Şagirdlər sadəcə olaraq məktəbə gedib-gəlirlər. Demək olar ki, bütün uşaqlar repetitor yanındadırlar. Bunun əsas səbəblərindən biri ibtidai siniflərdə şagird sıxlğınıın olması ilə bağlıdır. Bakıda elə məktəb yoxdur ki, orada şagird sayı 25-dək, ayxud elə 25 olsun. Siniflərdə azı 37, 45 və daha çox uşaq olur. Binə, Abşeron, Xırdalanda 50-55 şagirdlik siniflər var. Hazırda şagird sıxlığı keyfiyyətə ciddi şəkildə təsir edir".

© Sputnik / Irade JELILKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Kamran Əsədov
Mütəxəssis bildiri ki, bundan başqa, ibtidai siniflər üçün yazılan dərsliklər də şagirdlərin yaşına uyğun deyil.
"Kifayət qədər çox və ağır informasiya var. Şagirdlər fərdi olaraq informasiyanı mənimsəyə bilmirlər", - deyə o əlavə edib.
Ekspert onu da deyir ki, təhsilin keyfiyyətini tam olaraq dövlət qurumlarından gözləmək olmaz:
"Dəfələrlə tövsiyə etmişik ki, özəl qurumlar da monitorinqlər aparmalıdırlar, şagirdlərin hansı materialları necə mənimsəyə bildiyini öyrənsinlər. Keyfiyyəttə nəzarət üçün monitorinqlərin olması mütləqdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0