https://sputnik.az/20230429/sudanda-silahli-munaqise-baslayandan-beri-400-den-cox-dinc-sakin-helak-olub-454298610.html
Sudanda silahlı münaqişə başlayandan bəri 400-dən çox dinc sakin həlak olub
Sudanda silahlı münaqişə başlayandan bəri 400-dən çox dinc sakin həlak olub
Sputnik Azərbaycan
Silahlı toqquşmaların getdiyi rayonlarda yerləşən 86 xəstəxanadan 61-i fəaliyyətini tam dayandırıb. 29.04.2023, Sputnik Azərbaycan
2023-04-29T21:51+0400
2023-04-29T21:51+0400
2023-04-29T23:34+0400
sudan
dünya xəbərləri
qarşıdurma
həlak
hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/04/11/453854432_0:160:3072:1888_1920x0_80_0_0_b4158617055f42b002419d84e1d4429a.jpg
BAKI, 29 aprel - Sputnik. Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı münaqişə başlayandan bəri 400-dən çox dinc sakin həlak olub, 2 mindən çox insan isə yaralanıb. Al Arabiya telekanalının məlumatına əsasən, bu, Sudan həkimlərinin həmkarlar ittifaqının bəyanatında yer alıb. “Ölkədə hərbi əməliyyatlar başlayandan bəri 411 dinc sakin həlak olub, 2 min 23 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir. Bəyanatda, həmçinin qeyd olunur ki, silahlı toqquşmaların getdiyi rayonlarda yerləşən 86 xəstəxanadan 61-i fəaliyyətini tam dayandırıb. Bundan başqa, 15 tibb müəssisəsi bombardmana məruz qalıb, 19 xəstəxananın personalı isə tam heyətdə təxliyə edilib. Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. BMT yaxın günlərdə 270 min insanın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/11/453854432_171:0:2902:2048_1920x0_80_0_0_e1799a94643ab48b68a8f6bb97bc783f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sudan, qarşıdurma, həlak, hərbi əməliyyat
sudan, qarşıdurma, həlak, hərbi əməliyyat
Sudanda silahlı münaqişə başlayandan bəri 400-dən çox dinc sakin həlak olub
21:51 29.04.2023 (Yenilənib: 23:34 29.04.2023) Silahlı toqquşmaların getdiyi rayonlarda yerləşən 86 xəstəxanadan 61-i fəaliyyətini tam dayandırıb.
BAKI, 29 aprel - Sputnik. Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı münaqişə başlayandan bəri 400-dən çox dinc sakin həlak olub, 2 mindən çox insan isə yaralanıb.
Al Arabiya telekanalının məlumatına əsasən, bu, Sudan həkimlərinin həmkarlar ittifaqının bəyanatında yer alıb.
“Ölkədə hərbi əməliyyatlar başlayandan bəri 411 dinc sakin həlak olub, 2 min 23 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.
Bəyanatda, həmçinin qeyd olunur ki, silahlı toqquşmaların getdiyi rayonlarda yerləşən 86 xəstəxanadan 61-i fəaliyyətini tam dayandırıb. Bundan başqa, 15 tibb müəssisəsi bombardmana məruz qalıb, 19 xəstəxananın personalı isə tam heyətdə təxliyə edilib.
Xatırladaq ki, aprelin 15-də Merove və Xartum şəhərlərində xüsusi təyinatlı qüvvələrlə Sudan ordusu arasında toqquşmalar başlayıb. BMT yaxın günlərdə 270 min insanın qonşu ölkələrə, əsasən də Çad və ya Cənubi Sudana sığınacağını proqnozlaşdırır.