NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft kəskin bahalaşdı

© AFP 2024 / DELIL SOULEIMANNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Analitiklər 2023-cü ilin sonuna kimi neftin qiymətinin 90 dollara yüksələcəyini proqnozlaşdırırlar.
BAKI, 29 aprel - Sputnik. Dünya bazarlarında neftin qiymətləri yenidən bahalaşmağa başlayıb.
"Brent" neftinin qiyməti 1,49% artaraq 1 barelə 79,54 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 2,70% artaraq 76,78 dollara yüksəlib.
Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,95 dollar bahalaşaraq 83,8 dollar olub.
Analitiklər 2023-cü ilin sonuna kimi neftin qiymətinin 90 dollara yüksələcəyini proqnozlaşdırırlar.
Əksər analitiklər OPEC-in may və dekabr ayları arasında neft hasilatının gündəlik 1,16 milyon barelik əlavə ixtisarının bu ilin ikinci yarısında tədarükü əhəmiyyətli dərəcədə azaldacağını gözləyir.
Ümumiyyətlə isə neft qiymətləri aprel ayını ucuzlaşma ilə başa vurur, çünki ABŞ və Asiyada iqtisadi yavaşlama narahatlıqları qiymətlərə təzyiq göstərib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində “Azeri Light” markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Xəbər lenti
0