https://sputnik.az/20230429/karib-denizinde-55-ton-kokain-ele-kecirilib-454283186.html
Karib dənizində 5,5 ton kokain ələ keçirilib
Karib dənizində 5,5 ton kokain ələ keçirilib
Sputnik Azərbaycan
Təhlükəsizlik qüvvələrini görən qaçaqmalçılar kokainin bir hissəsini dənizə atıblar. Müsadirə edilən narkotikin bazar qiymətinin təxminən 184 milyon dollar... 29.04.2023, Sputnik Azərbaycan
2023-04-29T18:38+0400
2023-04-29T18:38+0400
2023-04-29T19:00+0400
kokain
dünya xəbərləri
karib dənizi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_0:191:2965:1858_1920x0_80_0_0_0f3efe810c695e4fcd02bec9ccca26c3.jpg
BAKI, 29 aprel - Sputnik. Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələri narkotik qaçaqmalçılığına qarşı birgə əməliyyatlara başlayıblar. Xarici medianın məlumatına görə, Karib dənizində aparılan əməliyyat zamanı 5,5 ton kokain ələ keçirilib. Dördü Kolumbiyadan və biri Panamadan olan 5 nəfər həbs edilib. Təhlükəsizlik qüvvələrini görən qaçaqmalçılar kokainin bir hissəsini dənizə atıblar. Müsadirə edilən narkotikin bazar qiymətinin təxminən 184 milyon dollar civarında olduğu bildirilir. Kolumbiya prezidenti Qustavo Petro Twitter hesabından təhlükəsizlik qüvvələrini təbrik edərək, bu əməliyyatı narkotik qaçaqmalçılarına vurulan tarixi zərbələrdən biri adlandırıb. Onun sözlərinə görə, 5,5 ton kokainlə yanaşı, 18 milyon dollar nağd pul da ələ keçirilib. Narkotik vasitənin əvvəlcə Panamaya, oradan isə ABŞ-a daşınacağı barədə məlumat paylaşılıb.
karib dənizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_116:0:2847:2048_1920x0_80_0_0_ca0ed8b6e4389fabeab366753d389dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kokain, karib dənizi
Karib dənizində 5,5 ton kokain ələ keçirilib
18:38 29.04.2023 (Yenilənib: 19:00 29.04.2023) Təhlükəsizlik qüvvələrini görən qaçaqmalçılar kokainin bir hissəsini dənizə atıblar. Müsadirə edilən narkotikin bazar qiymətinin təxminən 184 milyon dollar civarında olduğu bildirilir.
BAKI, 29 aprel - Sputnik. Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələri narkotik qaçaqmalçılığına qarşı birgə əməliyyatlara başlayıblar.
Xarici medianın məlumatına görə, Karib dənizində aparılan əməliyyat zamanı 5,5 ton kokain ələ keçirilib. Dördü Kolumbiyadan və biri Panamadan olan 5 nəfər həbs edilib.
Təhlükəsizlik qüvvələrini görən qaçaqmalçılar kokainin bir hissəsini dənizə atıblar. Müsadirə edilən narkotikin bazar qiymətinin təxminən 184 milyon dollar civarında olduğu bildirilir.
Kolumbiya prezidenti Qustavo Petro Twitter hesabından təhlükəsizlik qüvvələrini təbrik edərək, bu əməliyyatı narkotik qaçaqmalçılarına vurulan tarixi zərbələrdən biri adlandırıb. Onun sözlərinə görə, 5,5 ton kokainlə yanaşı, 18 milyon dollar nağd pul da ələ keçirilib.
Narkotik vasitənin əvvəlcə Panamaya, oradan isə ABŞ-a daşınacağı barədə məlumat paylaşılıb.