https://sputnik.az/20230429/dovlet-bascisi-yaxin-gelecekde-azerbaycanda-bayraktar-merkezi-yaradilacaq-454288573.html
Dövlət başçısı: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq
Dövlət başçısı: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və... 29.04.2023, Sputnik Azərbaycan
2023-04-29T15:43+0400
2023-04-29T15:43+0400
2023-04-29T15:43+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
festival
bayraktar
https://cdnn1.img.sputnik.az/img/07e4/07/11/424460796_0:320:3072:2048_1920x0_80_0_0_f4aaef80cc261f50a0ff522ff19e3a88.jpg
BAKI, 29 aprel - Sputnik. “Bu gün “TEKNOFEST” də iştirak edərkən “TEKNOFEST”in qurucusu əziz qardaşımız Səlcuq Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Səlcuq bəy Azərbaycanda dəfələrlə olub, o cümlədən azad edilmiş torpaqlarda - Şuşada və son gəlişində - bu ayın əvvəlində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək əməkdaşlıq haqqında danışdıq və Bayraktar mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq”. Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib. “İnşallah yaxın gələcəkdə Azərbaycanda "Bayraktar” Mərkəzi yaradılacaq”,- deyə dövlət başçısı əlavə edib. ***Aprelin 29-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan "Togg" avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər. Yol boyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar. Sonra xatirə şəkli çəkdirilib. Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki "TEKNOFEST" festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən "TEKNOFEST"də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq. Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, "TEKNOFEST"in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki "Texnoloji yarışlar"da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir. Xatırladaq ki, 2022-ci il mayın 26-29-da "TEKNOFEST" ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. "TEKNOFEST Azərbaycan"ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər. "TEKNOFEST Azərbaycan" festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/11/424460796_341:0:3072:2048_1920x0_80_0_0_2820d18d0af067f459cd3d714af0c11c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, festival, bayraktar
prezident ilham əliyev, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, festival, bayraktar
Dövlət başçısı: Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edirlər.
BAKI, 29 aprel - Sputnik. “Bu gün “TEKNOFEST” də iştirak edərkən “TEKNOFEST”in qurucusu əziz qardaşımız Səlcuq Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Səlcuq bəy Azərbaycanda dəfələrlə olub, o cümlədən azad edilmiş torpaqlarda - Şuşada və son gəlişində - bu ayın əvvəlində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək əməkdaşlıq haqqında danışdıq və Bayraktar mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq”.
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib.
“İnşallah yaxın gələcəkdə Azərbaycanda "Bayraktar” Mərkəzi yaradılacaq”,- deyə dövlət başçısı əlavə edib.
Aprelin 29-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan "Togg" avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər.
Yol boyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki "TEKNOFEST" festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən "TEKNOFEST"də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.
Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, "TEKNOFEST"in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki "Texnoloji yarışlar"da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.
Xatırladaq ki, 2022-ci il mayın 26-29-da "TEKNOFEST" ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. "TEKNOFEST Azərbaycan"ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər.
"TEKNOFEST Azərbaycan" festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.