Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yumşaltma, yoxsa sərtləşdirmə - Azərbaycan Mərkəzi Bankı hansı pul siyasətini seçəcək?

© AP Photo / Darko VojinovicMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Analitiklər hesab edirlər ki, Azərbaycan Mərkəzi Bankı qlobal inflyasiyanın nisbətən yaxşılaşması fonunda sərt pul siyasətini dayandıracaq.
BAKI, 28 aprel — Sputnik. Ötən ildən başlayaraq Azərbaycan Mərkəzi Bankı sürətlənmiş inflyasiya ilə effektiv mübarizə aparmaq üçün pul sisteminin sərtləşdirilməsi siyasətini həyata keçirir. Belə siyasətin alətlərindən biri - uçot dərəcəsi AMB tərəfindən bir neçə dəfə qaldırılıb. Belə ki, o, son bir ildə iki dəfə artıb. Sonuncu dəfə bu, martın 29-da baş verib - 8,5%-dən 8,75%-ə qədər.
Dünyanın bir çox mərkəzi bankları inflyasiya ilə mübarizə aparmaq üçün, o cümlədən əsas qlobal maliyyə institutlarının, xüsusən də Beynəlxalq Valyuta Fondunun (BVF) məsləhəti ilə faiz dərəcəsini artırmağa əl atırlar.
Bununla yanaşı, bəzi dövlət tənzimləyiciləri qlobal inflyasiya səviyyəsinin tədricən zəifləməsi ilə sərt pul-kredit siyasətindən tədricən imtina edirlər. Bu cür proqnozları Azərbaycanla bağlı ekspertlər də verirlər – Rusiyanın “Qazprombank”ının analitik qrupunun gözləntilərinə əsasən, Mərkəzi Bankın İdarə heyətinin mayın 3-nə planlaşdırılan iclası zamanı o, pul siyasətinin sərtləşdirilməsində fasilə elan edə və stavkanı 8,75% səviyyəsində saxlaya bilər.
“Qazprombank”ın Tədqiqatlar şöbəsinin müdir müavini Gülnarə Xaydarşinanın sözlərinə görə, belə bir qərarın lehinə üç arqument var. Bunlar xarici inflyasiya təzyiqinin zəifləməsi fonunda inflyasiyanın yavaşlaması, əhalinin əmanətlərinin dollarlaşmasının sabit səviyyəsi və pul kütləsinin artımının dayanmasıdır.
Azərbaycanda inflyasiya nəzarət altındadır
AMB daha əvvəl öz hesabatında bildirmişdi ki, Azərbaycanın daxili bazarında inflyasiyanın pik dəyərindən aşağı düşməsi müşahidə olunur, lakin tələb və təklifin dinamikasında gözlənilən dəyişikliyi nəzərə alsaq, müəyyən qeyri-müəyyənlik qalmaqdadır.
Həqiqətən də, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycanda inflyasiya fevralda 1,5%-ə qarşı martda 0,7% səviyyəsində qeydə alınıb. İllik inflyasiya 2023-cü ilin mart ayında 2022-ci ilin mart ayı ilə müqayisədə 13,6% təşkil edib.
Eyni zamanda, inflyasiyanın azalması ardıcıl xarakter daşıyır - 2023-cü ilin fevralında Azərbaycanda bu göstərici 14,1% təşkil edib ki, bu da 2022-ci ilin sentyabrında qeydə alınan pik göstəricidən 1,5% aşağıdır.
AMB-nin hesabatına görə, ödəniş balansının cari əməliyyatları hesabının müsbət saldosu qiymət sabitliyinin əsas lövbəri olan məzənnənin sabitliyini dəstəkləyir.

"Manatın nominal effektiv məzənnəsinin davamlı möhkəmlənməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır", - AMB-nin hesabatında belə deyilir.

Qlobal inflyasiya daha “itaətkar” olub
Azərbaycan Milli Məclisinin (MM) deputatı Rüfət Quliyev belə hesab edir ki, dünyadakı ümumi tendensiya inflyasiyanın nisbi azalmasından xəbər verir. Lakin onun fikrincə, bu o demək deyil ki, onu kökündən cilovlamaq və pandemiyadan əvvəlki əhəmiyyətinə endirmək mümkün olub.

"Ona görə də AMB milli iqtisadiyyatın maraqlarından çıxış edəcək. Təbii ki, bəzən situasiyalı - qısa və ya uzunmüddətli dövr üçün hərəkət etmək lazımdır", - deyə Quliyev “Sputnik Azərbaycan”a bildirib.

CC BY-SA 4.0 / Agulani / Rufet QuliyevAzərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Deputat xatırladıb ki, koronavirus pandemiyası və bununla bağlı iqtisadi problemlərə qədər Avropa ölkələrində inflyasiyanın maksimal həddi ildə 1,5-2%-dən çox deyildi. Azərbaycan üçün 3,5-5% həddində inflyasiya həmişə məqbul olub.

"Son beş ayda, üç ildən çox davam edən inflyasiya, partlayışlar, volatillik və qiymətlərin maksimum artımından sonra inflyasiyanın nisbətən daha praqmatik idarə olunması müşahidə olunub. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, son 8-9-da ərzaq məhsullarının qiymətlərində müəyyən eniş olub”, - deyə Quliyev bildirib.

Deputat hesab edir ki, məhz buna görə də Mərkəzi Bankın pul siyasəti milli iqtisadiyyatın və maliyyə-kredit sektorunun göstəricilərinə, eləcə də qlobal inflyasiya proseslərinə əsaslanacaq.
Quliyev eyni zamanda qeyd edib ki, dünyada inflyasiya ilə mübarizə, monetar siyasətin sərtləşdirilməsi və faiz dərəcələrinin artırılması inflyasiya proseslərini geri qaytarmaq cəhdi ilə bağlıdır, lakin bu, həm də əks rol oynayır - qlobal iqtisadi inkişafı ləngidir.
Lazımsız xərclər gələcəkdə inflyasiyanı sürətləndirəcək
Quliyevin sözlərinə görə, dünyada müdafiə xərcləri yaxın gələcəkdə qlobal inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq.
"Hazırda NATO ona üzv ölkələrin hərbi xərclərinin ÜDM-in 2%-ni keçməsini qarşıya məqsəd qoyub. Təkcə ötən il dünyada müdafiə məqsədi ilə 2,24 trilyon dollar xərclənib. Müdafiə və hərbi məqsədlər üçün nəzərdə tutulan bu cür vəsaitlər cəmiyyət və iqtisadiyyat üçün heç bir maddi fayda gətirməyən, lakin inflyasiya proseslərini sürətləndirən xərclərdir”, - deyə azərbaycanlı deputat hesab edir.
Quliyev xatırladıb ki, hazırda hərbi xərclərə, hərbi münaqişələrin dəstəklənməsinə və qızışdırılmasına gedən böyük pul emissiyası ona gətirib çıxaracaq ki, inflyasiyanın normal hədlərdə, yəni 3-5% səviyyəsində saxlanılması mümkün olmayacaq. Nəticədə bu, son 15 ildə davam edən və orta sinfin təbəqələşməsini sürətləndirəcək. Orta sinif isə hər hansı ölkənin onurğa sütunudur.

"Proqnozuma görə, 2024-2025-ci illərdə inflyasiyanı tam şəkildə korrektə etmək və saxlamaq mümkün olmayacaq. Pandemiyadan sonrakı dövrə və geosiyasi vəziyyətə, həmçinin dünyadakı müdafiə xərclərinə görə onu pandemiyadan əvvəlki vəziyyətinə qaytarmaq qəti şəkildə qeyri-real olacaq”, - deyə “Sputnik Azərbaycan”ın həmsöhbəti sözünü yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0