https://sputnik.az/20230428/ust-un-azerbaycandaki-numayendesi-peyvendleme-ile-bagli-valideynlere-muraciet-edib-454230626.html
ÜST-ün Azərbaycandakı nümayəndəsi peyvəndləmə ilə bağlı valideynlərə müraciət edib
ÜST-ün Azərbaycandakı nümayəndəsi peyvəndləmə ilə bağlı valideynlərə müraciət edib
Sputnik Azərbaycan
Hande Harmancı bildirib ki, övladlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T17:00+0400
2023-04-28T17:00+0400
2023-04-28T17:03+0400
üst
səhiyyə
ümumdünya səhiyyə təşkilatı
hande harmancı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_0:182:3273:2023_1920x0_80_0_0_4643c986cb1f49991813a8a09e0429f1.jpg
BAKI, 28 aprel — Sputnik. Valideyn olaraq uşaqlarımızı qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Övladlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilmiş tədbirdə deyib. "Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzün ən vacib insan həyatını xilas edən vasitə hesab olunan peyvəndləri təbliğ etməyə davam edəcəyik", - Dr. Harmancı bildirib. Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_267:0:2998:2048_1920x0_80_0_0_22c3d3666ed50f0f1711580123b30ad6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, ümumdünya səhiyyə təşkilatı, hande harmancı
üst, ümumdünya səhiyyə təşkilatı, hande harmancı
ÜST-ün Azərbaycandakı nümayəndəsi peyvəndləmə ilə bağlı valideynlərə müraciət edib
17:00 28.04.2023 (Yenilənib: 17:03 28.04.2023) Hande Harmancı bildirib ki, övladlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır.
BAKI, 28 aprel — Sputnik. Valideyn olaraq uşaqlarımızı qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Övladlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilmiş tədbirdə deyib.
"Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzün ən vacib insan həyatını xilas edən vasitə hesab olunan peyvəndləri təbliğ etməyə davam edəcəyik", - Dr. Harmancı bildirib.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib. (Report)