https://sputnik.az/20230428/ust-fovqelade-veziyyetin-bu-il-basa-catacagina-umid-edir-454170443.html
ÜST fövqəladə vəziyyətin bu il başa çatacağına ümid edir
ÜST fövqəladə vəziyyətin bu il başa çatacağına ümid edir
Sputnik Azərbaycan
Qurum rəsmisi bildirir ki, virusun "XBB.1.16" adlı yeni variantının yaranması bir daha onu göstərir ki, virus hələ də mutasiyaya uğrayır, yeni xəstəlik və ölüm... 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T08:33+0400
2023-04-28T08:33+0400
2023-04-28T08:33+0400
üst
dünya xəbərləri
covid-19
https://cdnn1.img.sputnik.az/img/42435/90/424359020_0:0:2967:1669_1920x0_80_0_0_b32812046e12ed239891f5d4c36a72c1.jpg
BAKI, 28 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu ilin əvvəlindən etibarən koronavirus xəstəliyi nəticəsində qeydə alınan ölüm hallarının sayının 95 faiz azaldığını deyib. ÜST rəhbəri bununla belə virusun hələ də təhlükə mənbəyi olaraq qaldığını və ölümə səbəb olduğunu da vurğulayıb:ÜST başçısı ictimai səhiyyə sahəsində COVID-19 virusu ilə bağlı beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin bu il başa çatmasını elan edəcəyinə ümidvar olduğunu deyib. "Lakin bu virus yox olmayacaq və bütün ölkələrin digər yoluxucu xəstəliklərlə yanaşı onun da öhdəsindən gəlmələri vacibdir", - deyə təşkilatın baş direktoru bildirib (Azərtac). Xatırladaq ki, 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində naməlum virus aşkarlanıb. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlanıb. 2020-ci ilin martından etibarən isə COVID-19 virusu Azərbaycana da ayaq açıb və qısa müddətdə də ölkədə pandemiya rejimi elan edilib. Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 831128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820689 nəfər müalicə olunaraq sağalıb, 10230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/90/424359020_238:0:2967:2047_1920x0_80_0_0_738111aeb18b0e9d37e721696ad0a3bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, covid-19
ÜST fövqəladə vəziyyətin bu il başa çatacağına ümid edir
Qurum rəsmisi bildirir ki, virusun "XBB.1.16" adlı yeni variantının yaranması bir daha onu göstərir ki, virus hələ də mutasiyaya uğrayır, yeni xəstəlik və ölüm dalğaları yaratmağa qadirdir.
BAKI, 28 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu ilin əvvəlindən etibarən koronavirus xəstəliyi nəticəsində qeydə alınan ölüm hallarının sayının 95 faiz azaldığını deyib.
ÜST rəhbəri bununla belə virusun hələ də təhlükə mənbəyi olaraq qaldığını və ölümə səbəb olduğunu da vurğulayıb:
"COVID-19 virusu nəticəsində qeydə alınan ölüm hallarının getdikcə azalmasından çox fərəhlənirik. Lakin virusun "XBB.1.16" adlı yeni variantının yaranması göstərir ki, virus hələ də mutasiyaya uğrayır, hələ də yeni xəstəlik və ölüm dalğaları yaratmağa qadirdir".
ÜST başçısı ictimai səhiyyə sahəsində COVID-19 virusu ilə bağlı beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin bu il başa çatmasını elan edəcəyinə ümidvar olduğunu deyib.
"Lakin bu virus yox olmayacaq və bütün ölkələrin digər yoluxucu xəstəliklərlə yanaşı onun da öhdəsindən gəlmələri vacibdir", - deyə təşkilatın baş direktoru bildirib (Azərtac).
Xatırladaq ki, 2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində naməlum virus aşkarlanıb. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlanıb. 2020-ci ilin martından etibarən isə COVID-19 virusu Azərbaycana da ayaq açıb və qısa müddətdə də ölkədə pandemiya rejimi elan edilib.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 831128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820689 nəfər müalicə olunaraq sağalıb, 10230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.