https://sputnik.az/20230428/turkiye-teyyaresine-ates-acilib-454225709.html
Türkiyə təyyarəsinə atəş açılıb
Türkiyə təyyarəsinə atəş açılıb
Sputnik Azərbaycan
Son məlumata görə, hazırda təyyarənin sərnişinlərinin təxliyəsi həyata keçirilir. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T13:43+0400
2023-04-28T13:43+0400
2023-04-28T14:13+0400
türkiyə
dünya xəbərləri
sudan
təyyarə
https://cdnn1.img.sputnik.az/img/42297/63/422976302_0:0:2248:1265_1920x0_80_0_0_6f53f01b381fd8f283a79cca6b286ae1.jpg
BAKI, 28 aprel — Sputnik. Sudanda baş verən atışmalarda çətin vəziyyətdə qalan vətəndaşlarımızı təxliyə etmək üçün Vadi Seydnaya uçan təyyarəmizə yüngül silahla atəş açılıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Son məlumata görə, hazırda təyyarənin sərnişinlərinin təxliyəsi həyata keçirilir. Qeyd edək ki, atəş Sudan xüsusi təyinatlı qüvvələri tərəfindən açılıb. Türkiyə təyyarəsi Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub. Nəticədə ekipaj üzvlərindən biri yaralanıb. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməsi və 26 nəfər Azərbaycan vətəndaşının üçüncü ölkənin vasitəçiliyi ilə təxliyə edilməsi ilə bağlı məlumat yaymışdı. Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı dəstələr arasında başlayan silahlı toqquşmalarda 500-dən çox ölü, yüzdən çox yaralı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42297/63/422976302_249:0:2248:1499_1920x0_80_0_0_fed2f7d7600d314952ee5e766d92d4fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, sudan, təyyarə
Türkiyə təyyarəsinə atəş açılıb
13:43 28.04.2023 (Yenilənib: 14:13 28.04.2023) Son məlumata görə, hazırda təyyarənin sərnişinlərinin təxliyəsi həyata keçirilir.
BAKI, 28 aprel — Sputnik. Sudanda baş verən atışmalarda çətin vəziyyətdə qalan vətəndaşlarımızı təxliyə etmək üçün Vadi Seydnaya uçan təyyarəmizə yüngül silahla atəş açılıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Son məlumata görə, hazırda təyyarənin sərnişinlərinin təxliyəsi həyata keçirilir.
Qeyd edək ki, atəş Sudan xüsusi təyinatlı qüvvələri tərəfindən açılıb. Türkiyə təyyarəsi Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub. Nəticədə ekipaj üzvlərindən biri yaralanıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməsi və 26 nəfər Azərbaycan vətəndaşının üçüncü ölkənin vasitəçiliyi ilə təxliyə edilməsi ilə bağlı məlumat yaymışdı.
Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlı dəstələr arasında başlayan silahlı toqquşmalarda 500-dən çox ölü, yüzdən çox yaralı var.