Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə mina partlayışı nəticəsində 3 nəfər həlak olub: Meyitlər Tərtər morquna verilib

© Photo : REPORTMina nişanı
Mina nişanı - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Tərtərdə mina partlayışı nəticəsində ölənlərin nəşi tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək.
BAKI, 28 aprel - Sputnik. Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.
TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev meyitlərin Tərtər morquna verildiyini bildiyib.
O qeyd edib ki, Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində həlak olanların nəşi məhkəmə-tibbi ekspertizasının baxışından sonra aidiyyəti üzrə ailələrinə təhvil veriləcək.
"Bu gün xəstəxanamıza mina partlayışı nəticəsində həlak olan üç nəfərin meyiti gətirilib. Hadisə nəticəsində yaralanan olmayıb. Onların nəşi xəstəxananın morquna yerləşdirilib. Məhkəmə-tibb ekspertizasının müayinəsindən sonra ailələrinə təhvil veriləcək", - V.Əliyev qeyd edib.
21:41
Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər şəxsin ölməsi faktına görə cinayət işi başlanıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, ilkin araşdırma zamanı partlayış nəticəsində zərərçəkmiş şəxslərin "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
20:59
Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əlavə məlumat veriləcək.
20:55
Tərtər rayonunda mina partlayıb, ölənlər var.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) m'lumat yayıb.
Məlumata görə, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
Xəbər lenti
0