Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Tərbiyəçi müəllimlərin əlli faizi öz ixtisası üzrə işləmir - Millət vəkili

© Sputnik / Murad OrujovMüəllim, arxiv şəkli
Müəllim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Etibar Əliyevin sözlərinə görə, tərbiyəçi müəllimlərin 50 faizi öz ixtisası üzrə işləmir.
BAKI, 28 aprel — Sputnik. Ali təhsil müəssisələrində ən böyük problem dərsliklərin çatmamasıdır. Bunu millət vəkili Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.
Millət vəkili bildirib ki, ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb: “Təhsilin İnkişafı Fondu yaradılıb. Ali məktəblər bu fonda vəsait köçürür. Fond bu dərslikləri çap etməlidir. Həmin vəsaitin layihələrin icrasına, mütəxəssislərin həyat şəraitinin yaxşılaşdırılmasına xərclənməsi yaxşıdır, yoxsa dərsliklərin çapına?"
O, tərbiyəçi müəllimlərin əməkhaqqıları ilə bağlı problemə də toxunub, bildirib ki, onların məvaciblərinin 40 faizini kəsirlər: "Səbəb olaraq da göstərirlər ki, siz ixtisasınız üzrə işləmirsiniz. Hələ sertifikasiya aparılmamış belə bir addımın atılması doğru deyil. Bununla bağlı böyük narazılıq var. Biz də bilirik ki, tərbiyəçi müəllimlərin 50 faizi öz ixtisası üzrə işləmir". (APA)
Xəbər lenti
0