Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

© AFP 2024 / BRENDAN SMIALOWSKISənəddə imza
Sənəddə imza - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında təhsillə bağlı bir sıra məsələlər müzakirəyə çıxarılıb.
BAKI, 28 aprel — Sputnik. Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 4 məsələ daxil edilib.
Müzakirə olunan məsələlər aşağıdakılardır:
1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur
Bundan başqa, uşaq bağçalarında işləyən təhsilverənlərin sertifikatlaşdırılması məsələsi də müzakirə olunub. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur.
Komitə sədri bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib:
“Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər”.
İlk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti azaldılır
B.Əliyev qeyd edib ki, ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti azaldılır: "Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddətinin 5 ildən 3 ilə endirilməsi nəzərdə tutulur".
Komitə sədri bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib.
Xatırladaq ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.
Bəzi şəxslərin sertifkatlaşmada iştirakı könüllü olacaq
Məktəb və bağçalarda çalışan 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. B.Əliyev bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib.
Xatırladaq ki, hazırda həmin məsələ ilə bağlı könüllülük məsələsi yoxdur.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən müəllimlərə yeni hüquq verilir
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Xəbər lenti
0