https://sputnik.az/20230428/sahibe-qafarova-turkiye-parlamentine-toggla-gedib-454230761.html
Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la gedib
Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la gedib
Sputnik Azərbaycan
M.Şəntop bildirib ki, türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə, bir sözlə, hər yerdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T15:14+0400
2023-04-28T15:14+0400
2023-04-28T15:14+0400
sahibə qafarova
siyasət
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
mustafa şentop
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434394884_0:160:3072:1888_1920x0_80_0_0_69c4a25e682a99e3583319fb11f421be.jpg
BAKI, 28 aprel — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı “Togg” avtomobili ilə gedib. “Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə “Togg”la aparıb. Milli Məclis sədri avtomobildən razı olduğunu bildirib, o qeyd edib ki, bu, çox gözəl, çox rahatdır: "Bu avtomobildən Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”. M.Şəntop isə öz növbəsində vurğulayıb ki, “Togg” yaxın gələcəkdə hər yerdə olacaq: “Türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə, bir sözlə, hər yerdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq”. Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib. Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. 2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub. Xatırladaq ki, ilk yerli elektrik avtomobili “Togg” aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434394884_171:0:2902:2048_1920x0_80_0_0_2ae9978e47e80442203c9b3130885a57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibə qafarova, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, mustafa şentop
sahibə qafarova, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, mustafa şentop
Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la gedib
M.Şəntop bildirib ki, türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə, bir sözlə, hər yerdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq.
BAKI, 28 aprel — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı “Togg” avtomobili ilə gedib. “Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə “Togg”la aparıb.
Milli Məclis sədri avtomobildən razı olduğunu bildirib, o qeyd edib ki, bu, çox gözəl, çox rahatdır: "Bu avtomobildən Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”.
M.Şəntop isə öz növbəsində vurğulayıb ki, “Togg” yaxın gələcəkdə hər yerdə olacaq: “Türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə, bir sözlə, hər yerdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq”.
Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
Xatırladaq ki, ilk yerli elektrik avtomobili “Togg” aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub.