https://sputnik.az/20230428/sabiq-daxili-isler-nazirinin-emlaki-ozune-qaytarilib-454237025.html
Sabiq daxili işlər nazirinin əmlakı özünə qaytarılıb
Sabiq daxili işlər nazirinin əmlakı özünə qaytarılıb
Sputnik Azərbaycan
Həmin obyektlər 20 ildən artıq Əhməd Əhmədovun olub, həbs olunduqdan sonra isə ondan alınıb. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T17:49+0400
2023-04-28T17:49+0400
2023-04-28T17:49+0400
əmlak
cəmiyyət
naxçıvan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_0:203:3175:1988_1920x0_80_0_0_ac5b046d81455b190d8d872b212655b1.jpg
BAKI, 28 aprel — Sputnik. Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun əlindən alınan, Naxçıvanda "57 bazarı" kimi tanınan ərazidə yerləşən bir neçə obyekt özünə qaytarılıb. Həmin obyektlər 20 ildən artıq Əhməd Əhmədovun olub, həbs olunduqdan sonra isə ondan alınıb. Lakin sözügedən əmlak Əhməd Əhmədovun cinayət işi ilə bağlı məhkəmə hökmü ilə müsadirə edilməyib, geri qaytarılması proseduru da eyni qaydada reallaşıb. Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs olunub. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən qüvvədə saxlayıb. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1d/427075278_79:0:2810:2048_1920x0_80_0_0_85baaa39bd84cba6fc45bccf64c772bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əmlak, naxçıvan
Sabiq daxili işlər nazirinin əmlakı özünə qaytarılıb
Həmin obyektlər 20 ildən artıq Əhməd Əhmədovun olub, həbs olunduqdan sonra isə ondan alınıb.
BAKI, 28 aprel — Sputnik. Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun əlindən alınan, Naxçıvanda "57 bazarı" kimi tanınan ərazidə yerləşən bir neçə obyekt özünə qaytarılıb.
Həmin obyektlər 20 ildən artıq Əhməd Əhmədovun olub, həbs olunduqdan sonra isə ondan alınıb. Lakin sözügedən əmlak Əhməd Əhmədovun cinayət işi ilə bağlı məhkəmə hökmü ilə müsadirə edilməyib, geri qaytarılması proseduru da eyni qaydada reallaşıb.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs olunub.
Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən qüvvədə saxlayıb. (APA)