https://sputnik.az/20230428/qriqoryan-ermenistan-lacin-dehlizine-faktarasdirici-missiya-gonderilmesini-isteyir-454236880.html
Qriqoryan: "Ermənistan Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərilməsini istəyir"
Qriqoryan: "Ermənistan Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərilməsini istəyir"
Sputnik Azərbaycan
Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T18:36+0400
2023-04-28T18:36+0400
2023-04-28T18:36+0400
ermənistan
siyasət
fransa
əliyev
şarl mişel
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_0:0:2904:1634_1920x0_80_0_0_4a7c96c3dc3106258001e51d8ad207a9.jpg
BAKI, 28 aprel — Sputnik. Ermənistan Laçın dəhlizinə və "Dağlıq Qarabağ"a beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq tərəfdaşlarla intensiv iş aparır. "Armenpress"in məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində deyib. "Hazırda biz Fransanın Laçın dəhlizindəki vəziyyətin həllinə böyük marağını görürük. Eyni zamanda, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizində və Dağlıq Qarabağda beynəlxalq faktaraşdırıcı missiya göndərmək üçün intensiv işləyir. Bu məsələ Fransa ilə müzakirə olunur və biz dəstək alacağımızı gözləyirik", - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb. Onun sözlərinə görə, Fransa həm ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində, həm də "Qarabağ münaqişəsi"nin həllində Ermənistan üçün faydalı ola bilər. Bu kontekstdə o, Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Aİ prezidenti Şarl Mişel ilə dördtərəfli görüşün təşkilində mühüm rol oynadığını və bunun ardınca Aİ-nin mülki missiyasının Ermənistana göndərildiyini xatırladıb. "Fransa Ermənistana kömək etmək yollarını axtarmaqda davam edir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi "Dağlıq Qarabağ" məsələsində maraqlı olmaqda davam edir", - Qriqoryan qeyd edib. Bundan əlavə, Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. "Biz bütün tərəfdaşlarımıza missiyanın daha yaxşı müşahidə apara bilməsi üçün missiyanın heyətini, eləcə də digər imkanları artırmağı təklif edirik", - deyə Qriqoryan bildirib. Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_113:0:2842:2047_1920x0_80_0_0_f1f4a5855d2bd6058ff8e7195e46f5e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, fransa, əliyev, şarl mişel
ermənistan, fransa, əliyev, şarl mişel
Qriqoryan: "Ermənistan Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərilməsini istəyir"
Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
BAKI, 28 aprel — Sputnik. Ermənistan Laçın dəhlizinə və "Dağlıq Qarabağ"a beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi üçün beynəlxalq tərəfdaşlarla intensiv iş aparır.
"Armenpress"in məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində deyib.
"Hazırda biz Fransanın Laçın dəhlizindəki vəziyyətin həllinə böyük marağını görürük. Eyni zamanda, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizində və Dağlıq Qarabağda beynəlxalq faktaraşdırıcı missiya göndərmək üçün intensiv işləyir. Bu məsələ Fransa ilə müzakirə olunur və biz dəstək alacağımızı gözləyirik", - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Onun sözlərinə görə, Fransa həm ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində, həm də "Qarabağ münaqişəsi"nin həllində Ermənistan üçün faydalı ola bilər. Bu kontekstdə o, Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Aİ prezidenti Şarl Mişel ilə dördtərəfli görüşün təşkilində mühüm rol oynadığını və bunun ardınca Aİ-nin mülki missiyasının Ermənistana göndərildiyini xatırladıb.
"Fransa Ermənistana kömək etmək yollarını axtarmaqda davam edir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi "Dağlıq Qarabağ" məsələsində maraqlı olmaqda davam edir", - Qriqoryan qeyd edib.
Bundan əlavə, Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
"Biz bütün tərəfdaşlarımıza missiyanın daha yaxşı müşahidə apara bilməsi üçün missiyanın heyətini, eləcə də digər imkanları artırmağı təklif edirik", - deyə Qriqoryan bildirib.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.